PDF Oxu

Araşdırma

  • 15

"Ermənistan sosial üsyanların astanasındadır"

"Ermənistan sosial üsyanların astanasındadır"
Ermənistan hökuməti ölkədə islahatlar proqramı həyata keçirməyəcəyi təqdirdə ölkədə siyasi vəziyyət sosial üsyanlara gətirib çıxaracaq. SİA-nın xəbərinə görə, bu sözlər Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Ermənistan məsələləri üzrə Monitorinq Komitəsinin həmməruzəçiləri Con Preskott və Aksel Fişerin Ermənistanla bağlı hazırladıqları bəyanatda yer alıb. Məruzəçilər hesab edir ki, əgər tez bir zamanda ölkədə vəziyyət stabilləşməsə və ya ölkədə siyasi vəziyyətdə irəliliyişlər olmasa, vəziyyət daha kəskinləşə bilər: "Hazırda ölkədəki seçkilərdə bağlı olan vəziyyət siyasi narahatçılıqlar doğurur və ölkədə sosial və iqtisadi mühitə mənfi təsir edir ki, bu da sonda sosial qiyama gətirib çıxara bilər. Bunun isə bir çıxışyolu var, o da demokratik, şəffaf seçkilərin keçirilməsidir". Həmmürəziçələr qeyd edir ki, qanunvericilikdə təşəbbüslərin olması yetərli deyil: "Bütün bunlar qüvvədə olan siyasətlə və təcrübədə nümayiş etdirilməlidir. Ermənistanda 2008-ci ilin 1 mart tarixində baş vermiş hadisələrlə bağlı hələ də bir neçə insanın həbsdə olması, bu hadisədə 10 nəfərin ölüm faktının lazımınca araşdırılmaması Ermənistanın siyasi mühitinə hələ də mənfi təsir etməkdə qalır. Təbii ki, bütün bunlar da Ermənistanda qarşıdan gələn seçkilərə də mənfi təsir göstərəcək".

Digər xəbərlər