PDF Oxu

Araşdırma

  • 24

Putin 2012-ci ildə Kremlə qayıdır

Putin 2012-ci ildə Kremlə qayıdır
Rusiyanın iqtidar partiyası Birləşmiş Rusiya 2012-ci ildə keçiriləcək prezident seçkisində baş nazir Vladimir Putini Kremldə görmək istədiklərini açıqlayıb. SİA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, partiya rəhbərlərindən Yuri Şuvalov Putini dekabr ayında keçiriləcək parlament seçkilərində də partiya siyahısında ilk yerdə görmək istədiklərini bildirib.
"Hər şeyin bir zamanı var" deyən Şuvalov erkən başlayan seçki kampaniyanın hökumətin işlərinə mənfi təsir edə biləcəyi ilə bağlı Putinin xəbərdarlığını xatırladıb. Gələn il mart ayında keçiriləcək seçkilərə bir ildən də az vaxt qalıb. Rusiya prezidenti Dmitri Medvedev Putinlə birlikdə kimin namizəd olacağına dair qısa müddətdə qərar verəcəklərini söyləyib. Putin isə namizədliklə bağlı sualların cavabında özünün də, Medvedevin də yarışda olduğunu deyib.
Birləşmiş Rusiya Partiyasına rəhbərlik edən Putin partiyaya üzv olmaması ilə diqqət çəkir. Putinin yenidən Kremlinə dönəcəyi, ya da Medvedevin ikinci müddət kreslosunu qoruyacağı ilə əlaqədar iddialar hələ də qeyri-müəyyənliyini saxlayır. Ölkənin son aylardakı siyasi, iqtisadi və ictimai vəziyyətinin namizədlərin seçimində əhəmiyyətli rol oynayacağı deyilir.

Digər xəbərlər