PDF Oxu

Araşdırma

  • 21

AŞPA-da Fariz Bədəlovun qətlini pisləyən sənəd qəbul edilib

AŞPA-da Fariz Bədəlovun qətlini pisləyən sənəd qəbul edilib
Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı və qurumun müxtəlif ölkələrdən olan 20-dən artıq üzvünün imzası ilə bəyanat qəbul edilib. SİA-nın xəbərinə görə, yazılı bəyanatda deyilir: "Bu il martın 8-də Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu mövqelərindən Ağdam rayonun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətlərində oynayan zaman snayperlərlə hədəf alaraq qətlə yetirib. Kiçik yaşlı bir uşağın faciəvi şəkildə qətlə yetirilməsi bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olmaqla yanaşı, bir insanlıq faciəsidir. Bu cinayət bölgədə onsuz da gərgin vəziyyəti daha gərginləşdirib. Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq işğal etdiyi Azərbaycan bölgələrində qurduqları mövqelərdən dinc azərbaycanlıları snayperlərlə hədəfə almasının artması beynəlxalq hüquqa zidd olmaqla yanaşı, Ermənistanın AŞ qarşında üzərinə götürdüyü öhdəliklərə, AŞPA-nın 1416 saylı Qətnaməsinə tamamilə ziddir və münaqişənin tənzimlənməsinə dair ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir".

Digər xəbərlər