PDF Oxu

Araşdırma

  • 21

Yubadılmış münaqişələrin həlli ATƏT üçün vacib əhəmiyyət kəsb edir

Yubadılmış münaqişələrin həlli ATƏT üçün vacib əhəmiyyət kəsb edir
Yubadılmış münaqişələrin həlli ATƏT üçün vacib əhəmiyyət kəsb edir və bu münaqiçələrin həll olunması üçün səylər təşkilatın və onun 56 iştirakçı ölkəsinin birliyi üçün həlledici əhəmiyyətə malikdir. Trend-in məlumatına görə, bunu ATƏT sədri olan ölkənin Prezidenti xanım Dali Qribauskayte bildirib. Bu barədə təşkilatın rəsmi saytının məlumatında deyilir. O bildirib ki, bu gün Dnestryanı münaqişənin nizamlanması prosesində irəliləyişə nail olmaq üçün imkan var. Qribauskaytenin sözlərinə görə, ATƏT sədri kimi Litva gələn ay Cənubi Qafqaza səfərindən etimad tədbirlərinin gücləndirilməsi və tərəfləri belə tədbirlərə çağırmaq üçün istifadə edəcək. "Bütün tərəflər Cənubi Qafqazda etimad və etimadın möhkəmləndirilməsi ruhunda irəliləməlidirlər, - o deyib. - Kiçik addımlar nizamlanmamış məsələlərin həllini axtardığımız zaman böyük təsirə malik ola bilər".

Digər xəbərlər