PDF Oxu

Araşdırma

  • 19

Hillari Klinton Qəzzafini hakimiyyətdən getməyə çağırdı

Hillari Klinton Qəzzafini hakimiyyətdən getməyə çağırdı
ABŞ-ın dövlət katibi Hillari Klinton Liviya lideri Müəmmər Qəzzafini hakimiyyətdən getməyə və nümayişçilərə qarşı hücumları dayandırmağa çağırıb. "Media forum" saytı xəbər verir ki, baş katibin çıxışı Qəzzafinin ABŞ prezidenti Barak Obamaya göndərdiyi məktubdan sonraya təsadüf edir. Aprelin 6-da göndərdiyi məktubu Qəzzafi "ABŞ-ın Liviyaya qarşı müstəmləkəçi xaç yürüşü alyansından çıxması" ilə bağlamışdı. Obama administrasiyası məktubun çatdığını təsdiqləsə də, onun mətnini açıqlamayıb. Prezidentin mətbuat katibi Cey Karni Obamanın Qəzzafinin məktubuna reaksiyasını şərh edərkən belə deyib: "Prezidentin qoyduğu tələblər məlumdur". ABŞ Qəzzafi rejiminə qarşı hərbi əməliyyatlarda iştirakını dayandırıb. Vaşinqton belə nəticəyə gəlib ki, beynəlxalq koalisiya artıq Liviyanın hərbi bazalarına sərbəst şəkildə zərbələr endirməyə qadirdir. Liviyada fevralın ortalarından xalq üsyanı gedir. Əsas tələb 1969-cu ildən hakimiyyət başında olan Müəmmər Qəzzafinin istefasıdır. Toqquşmalarda minlərlə adam həlak olub. Martın 17-də BMT Təhlükəsizlik Şurası Liviyaya dair qətnamə qəbul edib. Təhlükəsizlik Şurası Qəzzafi rejimini xalqa qarşı müharibəyə son qoymağa çağırıb. İki gün sonra - martın 19-dan ABŞ, Böyük Britaniya, Fransa və başqa ölkələrin hərbi qüvvələrini birləşdirən koalisiya Liviya rejiminə qarşı əməliyyatlar keçirməyə başlayıb.

Digər xəbərlər