PDF Oxu

Araşdırma

  • 18

Serj Sarkisyana Serbiya prezidentindən tərs şapalaq

Serj Sarkisyana Serbiya prezidentindən tərs şapalaq
Xəbər verildiyi kimi Ermənistan prezidenti Serj Sarkisyan Serbiyada rəsmi səfərdə olub. SİA-nın verdiyi məlumata görə, tərəflər bir sıra formal müqavilələr bağladıqdan sonra bir sıra regional məsələlərə münasibət bildiriblər. Serbiya prezidenti Boris Tadiçin erməni həmkarı ilə bir sıra məsələrdə fikirləri kəskin fərqlənsə də, Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllində ehtiyatlı danışmağa üstünlük verib. Məlum olduğu kimi Serbiya Kosovonun müstəqil dövlət kimi tanınmasını qəbul etmir, ərazi bütövlüyünün bərpa olunması uğrunda Qərblə mübarizə aparır. Ermənistan isə Kosovo probleminin "həllini" Dağlıq Qarabağ üçün presedent olacağına ümid edərək bir sıra dövlətlərlə, beynəlxalq təşkilatlarla danışıqlar aparır. Bu dəfə isə Ermənistan prezidentinin ünvanı dəyişik saldığı dəqiq bəlli olub. Serbiya prezidenti ilə aparılan danışıqlarda S.Sarkisyan siyasi savadsız olduğunu bir daha sübut edərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması yönündə yürüdülən siyasətdən danışıb. İşğalçı dövlətin rəhbərinin xalqların özünütəyinetmə hüququnun ərazi bütövlüyü prinsipindən yüksəkdə durduğu barədə utopiyası B.Tadiçin kəskin reaksiyası ilə üzləşib. Serbiya prezidenti ölkəsinin bütövlüyünün pozulması ilə razılaşmayacaqlarını və Kosovonun müstəqil dövlət kimi tanımayacaqlarını bildirib. Bundan sonra Ermənistan prezidenti Dağlıq Qarabağ probleminin sülh danışıqları ilə həll olunmasının yeganə yol olduğunu bildirib.

Digər xəbərlər