PDF Oxu

Araşdırma

  • 9

Həmsədrlər yenə baş aldadan bəyanat veriblər

Həmsədrlər yenə baş aldadan bəyanat veriblər
ATƏT-in Minsk Qrupunun həmsədrləri səfərlərin yekunları ilə bağlı bəyanat veriblər. SİA-nın xəbərinə görə, bəyanatda deyilir: "ATƏT-in Minsk Qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov, Dağlıq Qarabağ münaqişəsinin prinsiplər əsasında nizamlanması üçün razılaşmanın əldə edilməsində irəliləyişə nail olmaq üçün tərəfləri diqqəti prioritet məsələlərə yönəltməyə çağırır.
ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşünün danışıqlar prosesinə verdiyi müsbət impulsdan istifadə etməyə çağırıb".
Bəyanatda deyilir ki, həmsədrləri Bakı, İrəvan və Xankəndinə martın 15-17-də etdikləri səfər zamanı tərəfləri Soçi görüşündə əldə edilən müsbət impulsdan istifadə etməyə çağırıblar: "Səfər çərçivəsində Soçidə atəşkəs rejiminin pozulması hallarının araşdırılması ilə bağlı qəbul edilmiş bəyanatdakı öhdəliklərin yerinə yetirilməsi üçün tərəflərin konkret tədbirlərini də müzakirə etdik. Eyni zamanda Soçi görüşündən əvvəl və sonra təmas xəttində baş verən son hadisələr belə bir mexanizmin yaradılmasının vacibliyini nümayiş etdirib. Tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırırıq". Həmsədrlər özlərinin snayperlərinin təmas xəttindən çıxarılması ilə bağlı son təkliflərini xatırladıblar və təəssüfləndiklərini bildiriblər ki, bu təkliflər hələ də reallaşmayıb. Onlar tərəfləri təklifləri qəbul etməyə növbəti dəfə israrla çağırıblar. Həmsədrlər hesab edir ki, bu, günahsız insanların həyatını xilas edə bilər. Bəyanatda həmçinin həmsədrlər ATƏT-in Minsk Qrupunun missiyasının qiymətləndirici hesabatını prezidentlərə və Dağlıq Qarabağ separatçı rejiminə təqdim ediblər. Onlar qeyd ediblər ki, martın 23-də Vyanada mətbuat konfransı keçirəcəklər və o vaxta qədər heç bir kütləvi şərh verməyəcəklər.

Digər xəbərlər