PDF Oxu

Araşdırma

  • 7

"Azərbaycanda keçirilən son üç aksiyada İranın iştirakı və marağının olduğu şəksizdir"

"Azərbaycanda keçirilən son üç aksiyada İranın iştirakı və marağının olduğu şəksizdir"
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu mətbuata açıqlamasında müxalifətin küçə yürüşlərinə, qondarma aksiyalarına dırnaqarası siyasi, informasiya və digər növlü dəstəkləri Qərbdən görməyə alışmış Azərbaycan vətəndaşları üçün İranın son üç aksiyaya diqqət verməsi az qala şok yaratdı deyə açıqlama verib.
Bildirib ki, bu məsələ ilə bağlı İranın təbliğat maşını özü üçün bəlkə də bir neçə aylıq "ərzaq" yaratdı: "Martın-9-na, cümə axşamına təsadüf edən müxalifətin küçə yürüşlərində hay-küy salmasına dəstək verən İranın təbliğat maşını bu aksiyaya 10000 adamın toplaşacağını bildirmişdi. Amma görünür, İranda bəzi dairələr yalanı hindlilərin inəyi müqəddəs bildiyi kimi müqəddəs bilirlər. Ona görə, iranlılar bu aksiyalarla bağlı uydurduğu yalanlara özləri də inanmışlar. İranın təbliğat maşını unudur ki, onların yaratdığı "yeni müsəlmanlar" Azərbaycandakı həqiqi müsəlmanlardan çox şeyi ilə fərqlənirlər. Fərqlənmənin birinci əlaməti 25-30 yaşlı gənclərin alnında qara rəngdə halqaların olmasıdır. Guya bu "yeni müsəlmanlar" namaz qılarkən alınları möhürə o qədər çox toxunub ki, alınlarında möhür yeri əmələ gəlib. 25, 30, 40 yaşda bu mümkün deyil, həmin gənclər bunu süni metodlarla və ya döydürmə metodu (nakolka) ilə edirlər. Ən azı, Nardaranda 60-70 il namaz qılmaq təcrübəsi olan möminlərin alnı ilə "yeni müsəlmanların" alnını müqayisə edib fərqi görmək mümkündür. Ona görə, bu "qaşqalı yeni müsəlmanların" inqilabı baş tuta bilməz və yaxın zamanlarda onların tora saldığı adamlar da bu "yeni müsəlmanlardan" uzaqlaşacaqlar. Dinimizin digər təkallahlı dinlərdən əsas üstünlüyü zahiriliyə deyil (xarici görünüşə), batiniliyə (dərin daxili aləmə) üstünlük verməsindədir" deyə M.Əhmədoğlu əlavə edib.
M.Əhmədoğlu 11-12 martda müxalifətin qondarma aksiyalarının çəkilməsində İranın iki telekanalının iştirak etdiyini vurğulayıb. Görünür, digər telekanal məxsusi olaraq mitinqlər üçün gəlibmiş, çünki "Səhər" telekanalının Bakı nümayəndəliyi daimidir deyən M.Əhmədoğlu, hətta Tehrandan gələn rəsmi nümayəndələrin görüşünü də "Səhər" kanalının çəkdiyini vurğulayıb. "Bakıda müxalifətin insanların gur olduğu yerdə diqqəti özünə cəlb etmək üçün təşkil etmiş olduğu hay-küy rəsmi Tehran üçün İran prezidentinin Bakıya səfərindən daha vacib olduğu üçün bura rəsmi dövlət telekanalının da çəkiliş qrupunu göndərmişdi. İranın telekanallarının, eləcə də, adı İranla əlaqəli hallanan Bakıdakı bəzi mətbu orqanlarının 11-12 mart aksiyaları zamanı başqa keyfiyyəti də üzə çıxdı; "Onlar az qala bu mitinqlərin idarəediciləri kimi görünürdülər. 11 mart aksiyasında, bu, lap aydın hiss olunurdu. Təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən müəyyən mətbu orqanlar da, bu məsələdə iranlılara kömək etdilər" deyən M.Əhmədoğlu İranın Azərbaycanda ərəb inqilablarına bənzər ssenari yaratmaq planının baş tutmadığını dilə gətirib. Bildirib ki, onun bu məsələdə Qərbpərəst qüvvələrlə əməkdaşlıq etməsi Azərbaycanın İran üçün nə boyda düşmən olduğunun göstəricisidir. Politoloq İran ABŞ və ya Azərbaycanı məhv etmək seçimi qarşısında qalarsa, Azərbaycanı məhv etməyi seçəcəyinin də qaçılmaz olduğunu qeyd etdi.
Politoloq, eyni zamanda, İranın Azərbaycandakı inqilabla bağlı niyyətinin baş tutmamasının üç səbəbinin olduğunu da vurğulayıb. Bunlardan birincisinin, Azərbaycan xalqının siyasi yetkinliyi ilə bağlı olduğunu qeyd edən M.Əhmədoğlu ölkəmizdə iqtidar-müxalifət problemlərinin bizim daxili işlərimiz olduğunu söyləyib. İkincisi, İranın Azərbaycana qarşı davranışı barədə ölkə əhalisinin, demək olar ki, hamısında doğru məlumatın olduğunu söyləyən STİM sədri Azərbaycan ictimaiyyətinin böyük əksəriyyətinin İranı Ermənistana nisbətən daha qatı düşmən hesab etdiyini bildirib. M.Əhmədoğlu ona görə, bu inqilabların təşkilində İranın adı hallanan kimi böyük əksəriyyətin geri çəkildiyini də vurğulayıb. Üçüncüsü isə M.Əhmədoğlu ərəb dövlətlərində baş verən inqilabların lidersiz inqilablar olduğunu söyləyib. "Belə inqilablarda liderin olması prosesə kömək etmək əvəzinə maneçilik edir. İndiki halda isə Azərbaycan siyasi mühitinin əsas vəzifəsinin İranın Azərbaycanla bağlı yaratdığı destruktiv aktivliyi İranın daxilinə yönəltməkdən ibarət olmalıdır. O zaman bu destruktiv aktivlik konstruktiv aktivliyə çevriləcəkdir. Belə nəticə təkcə Azərbaycan və İran üçün deyil, İranın qonşuları və beynəlxalq ictimaiyyət üçün də daha arzuolunandır. Dünya azərbaycanlılarına İranın aktivliyini İranın daxilinə keçirməklə, bağlı təlimatın verilməsi indiki şərait üçün düzgün addımdır" deyə M.Əhmədoğlu əlavə edib.

Digər xəbərlər