PDF Oxu

Araşdırma

  • 19

“The Economist": “Dondurulmuş" adlandırılan Dağlıq Qarabağ münaqişəsi daha da istiləşməyə başlayır"

“The Economist": “Dondurulmuş" adlandırılan Dağlıq Qarabağ münaqişəsi daha da istiləşməyə başlayır"
"Dağlıq Qarabağ üçün "status-kvo" qəbul edilməzdir, xüsusilə 780 min məcburi köçkünü olan və ərazilərinin 20 faizinin işğalından əziyyət çəkən Azərbaycan üçün". SİA-nın xəbərinə görə, bu bərədə məlumat "The Economist" qəzetində yer alıb. Dağlıq Qarabağ münaqişəsi haqqında dərc olunan məqalədə Azərbaycan və Ermənistan dövlət başçılarının güzəştə getmək haqqında fikirləşmədiyi bildirilir. Məqalədə dünya dövlətlərinin münaqişənin həllində şəxsi ehtiyacları fonunda hər iki ölkə üzərində mövcud olan iqtisadi maraqları ortaya qoyulub. Belə ki, Cənubi Qafqaz, həmçinin Qərb ölkələri üçün Əfqanıstana yük daşımaları üçün əsas marşrutdur. Qəzetin yazdığına görə, xarici ölkələrin bu məsələyə diqqətlə yanaşması üçün bir çox səbəb var, həmçinin ən vacib məsələ: Azərbaycan mühüm tranzit marşrutlara malik, neft və qaz təchizatçısı olan ölkədir, burada yanaşma ehtiyatlı olmalıdır: "Neftlə zəngin Azərbaycanda 2003-cü ildən başlayaraq hərbi təyinatlı xərclər hər il orta hesabla 50 faiz artır. Bu il Azərbaycanın müdafiə xərcləri dövlət büdcəsinin 20 faizini təşkil edir. Bu, Ermənistanın ümumi büdcəsindən də artıqdır. Lakin Ermənistan da dostu Rusiyanın köməyi ilə müdafiə imkanlarını artırıb". Məqalədə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşü fonunda Dağlıq Qarabağda hərbi əməliyyatların bərpa olunması ehtimalı da göstərilib: " Prezidentlərin Soçi bəyanatı müəyyən etimad mühiti yarada bilər. Lakin danışıqların etimad yaratmaq tədbirlərindən də daha irəli getməsinin vacibliyi faktı göstərir ki, hələ uzun yol qət edilməlidir. Bir qayda olaraq "dondurulmuş" adlandırılan Dağlıq Qarabağ münaqişəsi daha da istiləşməyə başlayır. Buna misal olaraq atəşkəs rejiminin pozulması hallarının artmasını göstərmək olar. Bundan başqa, hər iki ölkə hərbi ritorikanı gündəmə gətirməyə başlayıb. Bu faktlara baxmayaraq məqsədyönlü müharibə şansı çox azdır. Təhlükə odur ki, cəbhə xəttində toqquşmalar təsadüfi müharibəyə başlamaq şansını artırır".

Digər xəbərlər