"Bizi Azərbaycanla uzun bir tarix birləşdirir"
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TRT kanalının istehsalı olan "Qafqaz İslam Ordusu - 1918" sənədli filminin fevralın 26-da təqdimat mərasimindəki çıxışında bildirib ki, "Türkiyənin Azərbaycanla əlaqələrimiz sadəcə könüldən gələn bir qardaşlıqla bağlı deyil: "Azərbaycan ilə Türkiyə qardaşlıq vəzifələrini hər zaman yerinə yetirmişlər. Bizi Azərbaycanla uzun bir tarix birləşdirir. Bu tarix boyu bizim ürəyimiz Azərbaycanla birlikdə döyünmüşdür. Bu əlaqələr 1991-ci ildən başlamır. 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu əvvəlcə Gəncə şəhərini, sonra Bakını işğaldan azad etmişdir. Azərbaycanın böyük şairi Əhməd Cavad bunu vəsf etmiş, öz şeirində "Çırpınırdı Qara dəniz, baxıb Türkün bayrağına" demişdir. Qafqaz İslam Ordusunda 8 min Anadolu türkü, 7 min Azərbaycan türkü döyüşmüşdür".