BMT: Ermənistan əhalisi sürətlə ölkəni tərk edir
Bir azdan Ermənistanda Serj Sarkisyan və Edvard Nalbandyandan başqa heç kəs qalmayacaq. SİA-nın xəbərinə görə, Ermənistanın Statistika xidmətinin BMT-nin əhalinin qorunması fondu ilə apardığı birgə tədqiqat göstərib ki, ötən il Ermənistanı 7 500 adam tərk edib. (Xatırladaq ki, 2009-cu ildə bu rəqəm 5 500 nəfər olub). Ermənistanın Əmək və Sosial işlər üzrə Nazirliyi isə ölkəni tərk edən mühacirlərin əsas hissəsinin xaricdə əmək fəaliyyəti ilə məşğul olmaları üçün getdiklərini bildirib. Bu isə ilk növbədə İrəvanda sosial vəziyyətin minimum olmasının göstəricisidir. Eyni zamanda gedən şəxslərin ən çox üstünlük verdiyi dövlətlər dəyişməz olaraq qalır. Birinci sırada Rusiya, MDB ölkələri və ABŞ-dır. Neqativ hal isə ondan ibarətdir ki, ölkəni tərk edənlər geri qayıtmır, əksinə ailəsində özünün yanına aparır. Bu həmçinin ölkədaxilində təkrar istehsala da təsir göstərir. Odur ki, belə getsə, 1.5 milyonluq Ermənistan əhalisindən başıpapaqlı qalmayacaq.