PDF Oxu

Araşdırma

  • 13

ATƏT-in sədri: "Dağlıq Qarabağ ətrafında gərginlik azaldılmalıdır"

ATƏT-in sədri: "Dağlıq Qarabağ ətrafında gərginlik azaldılmalıdır"
"ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu daha fəal iştirak etmək şərti ilə saxlanılacaq. Mən münaqişə tərəflərini etibarın möhkəmlənməsi üzrə tədbirlər görməyə, snayperlərin təmas xəttindən dərhal çıxarılmasına və ATƏT-in monitorinqlər üzrə fəaliyyətinin möhkəmləndirilməsinə dəvət edəcəm". SİA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis BMT Təhlükəsizlik Şurasındakı çıxışında deyib. Onun sözlərinə görə, Litvanın sədrliyi Cənubi Qafqazdakı münaqişə tərəfləri arasında gərginliyin azaldılması və inamın möhkəmləndirilməsinə yardım edəcək.

Digər xəbərlər