NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etməyəcək
NATO Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında iştirak etmək niyyətində deyil. Bunu bazar ertəsi NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır. "NATO Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında öz rolunu görmür, lakin iki ölkənin cari münasibətləri bizdə narahatlıq doğurur", - o Moskvada mətbuat konfransında bildirib. Appaturay onu da əlavə edib ki, Şimali Atlantika Alyansı Cənubi Osetiya və Abxaziya məsələlərində heç bir vəchlə iştirak etmək niyyətində deyil.