"Ermənistan 2013-cü ildə biabırçı durumla qarşı-qarşıya qalacaq"
Ermənistanın sabiq baş naziri Qrant Baqratyan hesab edir ki, 2013-2014-cü illərdə ölkəni defolt gözləyir.
Milli.Az xəbər portalının "Azadlıq" radiosunun Ermənistan bürosuna istinadən verdiyi məlumata görə, Baqratyan 2-3 ildən sonra ölkəsinin götürdüyü kreditlərə görə faizləri ödəmək iqtidarında olmayacağını düşünür. "Son 3 ildə hökumət əvvəlki 15 illə müqayisədə daha çox kredit götürüb. Hazırda Ermənistanın dövlət borcu 4,2 milyard dollardır. 2013-cü ildə 500 milyon, 2014-cü ildə isə 700 milyon dollar borc qaytarmalıyıq. 2013-cü ildə biabırçı durumla qarşı-qarşıya qalacağıq. Bu halda yenidən ruslardan borc almalı olacağıq. Bəs ruslar bizə nəyə görə 1 milyard borc verməlidir? Sevana, dağlara, meşələrə, yoxsa xalqa görə?", - deyə sabiq hökumət başçısı sual edib.