Qış imtahan sessiyası imtahanlarında 20 tələbə auditoriyadan çıxarılıb
Bakı Dövlət Universitetində keçirilən qış imtahan sessiyası imtahanlarında 20 tələbə mövcud qayda-qanunları pozduğuna görə, auditoriyadan çıxarılıb. Bu barədə SİA-ya açıqlamasında BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova xəbər verib. O bildirib ki, həmin tələbələrin işləri və sonrakı taleyi imtahanlarla bağlı universitetdə yaradılan qərargahda müzakirə olunacaq. O tələbələrin imtahanlarda qeyri-kafi qiymət almış hesab olunduğunu deyən P.İbrahimova qeyd edib ki, yekun qərarda ya həmin tələbələr kursda qalacaq, ya da universitetdən xaric olunacaqlar.