PDF Oxu

Araşdırma

  • 16

Ermənistandan kütləvi emiqrasiya prosesi gedir

Ermənistandan kütləvi emiqrasiya prosesi gedir

Son vaxtlar erməni mətbuatı ölkənin düşdüyü fəlakətli durumu konkret faktlarla ortaya qoymaqdadır. Xüsusilə də, diplomatik cəbhədə ağır məğlubiyyətə uğramalarını dərk edən ermənilər Azərbaycan torpaqlarının işğal edilməsinin onlara çox baha başa gəldiyini dərk edirlər. Ölkə əhalisinin 70 faizdən çoxunun yoxsulluq içində çabalamasını cinayətkar hakimiyyət vecinə də almır.

Son 20 ildə 1,5 milyon nəfər...
Müstəqillik əldə etdikdən keçən 20 ildə Ermənistanda 1 milyon yarımdan artıq vətəndaş xaricə köçüb. News.am saytının verdiyi məlumata görə, bunu erməni deputat Viktor Dallakyan bildirib. "Bu, Osmanlı İmperiyası dövründə baş vermiş "soyqırım"ın qurbanlarına bərabərdir",- deyə o, qeyd edib: "Təəssüf ki, Ermənistan hakimiyyəti bu iki problemdən heç birinin həllində nəticə əldə etməyib. Yalnız son 1 ildə ölkədə yoxsulların sayı 200 min nəfər artıb". Dallakyanın sözlərinə görə, hazırda Ermənistanda yoxsul insanların sayı 1 milyondan artıqdır.
Ermənistanın müxalfiətçi "İrs" partiyasından olan deputat Armen Martirosyan bildirib ki, ötən il də ölkə üçün geriləmə ili olub, o, bunu Ermənistanı tərk edən ailələrin sayının durmadan artması, yoxsulluğun və qütbləşmənin dərinləşməsi ilə əsaslandırıb. "Mənfi halları çox sadalamaq olar. Respublika xarici çağırışlara da cavab verə bilməyib", - deyə parlamentari bildirib.
Ermənistanın "İrs" partiyasının parlament fraksiyasının üzvü Armen Martinosyan isə bildirib ki, ötən ili Ermənistan üçün uğurlu saymaq olmaz: "Təəssüf ki, idarəetmə sistemimizdə mövcud olan çatışmazlıqlar bu il də davam etdi və bir ili də islahatlarsız bitirdik".
Martirosyan Ermənistanda sosial-iqtisadi durumun ağır olaraq qaldığını xatırladıb, demokratikləşmə istiqamətində də heç bir nailiyyətin olmadığını söyləyib. "Xarici siyasətə gəlincə, təəssüf ki, Astanada hakimiyyətin torpaqları Azərbaycana qaytarmağa razılaşdığı sənəd imzalandı. Həmin sənəd Akvil və Muskokda qəbul edilmiş bəyanatlara əsaslanır, orada isə söhbət torpaqların Azərbaycana qaytarılmasından gedir",- deyə o bildirib.

Qiymətlər "od tutub yanır"

Hazırda Ermənistan bazarlarında qiymətlər artmaqda davam edir. News.am saytının verdiyi məlumata görə, xüsusilə, ət və yumurtanın qiymətində fantastik artım var. Müşahidəçilər ölkədə ildən-ilə bahalaşmanın qeydə alındığını, amma bu il artımın bütün rekordları qırdığını bildirir. Əgər noyabrda 1 kiloqram mal ətinin qiyməti 6 dollardan bir qədər artıq idisə, indi bazarda 1 kiloqram mal əti almaq istəyən erməni 7,5 dollar ödəməlidir.
"Armenia Today"ın verdiyi məlumata görə, Ermənistan Mərkəzi Bankının sabiq rəhbəri Baqrat Asatryan ölkə iqtisadiyyatının dərin derpessiya durumunda olduğunu, köklü islahatlarsız bunun həllinin mümkünsüzlüyünü söyləyib.
"İqtisadiyyatın hazırkı durumun səbəbini hakimiyyət də bilir və prezident Serj Sarkisyanın hakim partiyanın son toplantısındakı çıxışı da bunu göstərir. Səbəb korrupsiya və monopoliya ilə məşğul olan oliqarxlardan ibarət cinayətkar sistemdir. Bunu hamı bilsə də, heç kim mübarizə aparmaq istəmir", - deyə Asatryan bildirib.
Son kadr islahatlarının durumun müsbətə doğru dəyişməsinə kömək edib-etməyəcəyinə dair sualı Mərkəzi Bankın sabiq rəhbəri belə cavablandırıb: "Bu, formal və süni xarakterli islahatdır. Əslində, ölkədə hər şeyi bir nəfər həll edir. Nəyin yaxşı, nəyin pis olduğunu məhz o diktə edir".
İşğalçı ölkənin "Çorrort İnknişkhanuyun" qəzetinin yazdığına görə, ötən illərə nisbətən Ermənistanda iqtisadi durum daha ümidsiz şəkil alıb. Qəzetin yaydığı xəbərdə qeyd olunur ki, hökumətin böhrana qarşı yürütdüyü iqtisadi tənzimlənmə proqramı öz effektini verməyib.

Yoxsulluğun artması əhalini dilənçi kökünə salıb

Ermənistanın "Ayots aşxar" qəzeti yazır. "Ölkədə insanların hər 3 nəfərdən 1-i yoxsul, hər 5 nəfərdən 1-i isə çox yoxsuldur. 1998-ci ildən keçən dövr ərzində, ilk dəfə olaraq, bu il əhalinin vəziyyəti nəinki yaxşılaşmayıb, əksinə, pisləşib. Nəticədə "çox yoxsul" və "son dərəcə yoxsul" insanların sayı artıb. Yalnız son 1 ildə Ermənistanda yoxsul insanların sayı 214 min nəfər artıb. Ötən il belə insanların sayı 1,1 milyon idi. Son ildə "çox yoxsul" təbəqəsinə daxil olanların sayı da 245 min artaraq 650 minə çatıb.
Göründüyü kimi, Ermənistanda yoxsul təbəqənin sıraları sürətlə genişlənir. Ermənistan mətbuatının yazdığna görə, ölkədə insanların hər 3 nəfərdən 1-i yoxsul, hər 5 nəfərdən 1-i isə çox yoxsuldur. Qeyd olunur ki, bu il əhalinin durumu nəinki yaxşılaşmayıb, əksinə, pisləşib. Nəticədə "çox yoxsul" və "son dərəcə yoxsul" insanların sayı artıb. Yalnız son 1 ildə Ermənistanda yoxsul insanların sayı 214 min nəfər çıoxalıb. Qeyd edək ki, ötən il belə insanların sayı 1,1 milyon idi. Son ildə "çox yoxsul" təbəqəsinə daxil olanların sayı da 245 min artaraq 650 minə çatıb.

Digər xəbərlər