PDF Oxu

Araşdırma

  • 22

“2010-cu il Ermənistan üçün miqrasiya və daim artan kasıbçılıqla yadda qalıb”

“2010-cu il Ermənistan üçün miqrasiya və daim artan kasıbçılıqla yadda qalıb”
Ermənistanda əhali arasında kasıb təbəqənin üzvlərinin sayı 200 mini ötüb. 2010-cu il Ermənistan üçün miqrasiya, əhalinin sosial vəziyyətinin bədbin olması və daim artan kasıbçılıqla yadda qalıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistan parlamentinin üzvü Viktor Dalakyan Ermənistanın 2010-cu ildə "əldə etdiyi uğurlar"a münasibət bildirərkən söyləyib. O, qeyd edib ki, Ermənistanda 1 milyon adam kasıblıq səviyyəsində hətta yaşayış minimumundan aşağı səviyyədə həyat tərzi sürür: " 1991- ci ildən bu ilə qədər ümumilikdə 1.5 mln insan Ermənistandan miqrasiya edib. Təəssüf ki, heç bir xeyr gətirməyən Ermənistan hakim dairələri bu iki problemə üstün gəlmək və bunu aradan qaldırmaq niyyətləri yoxdur. Eyni zamanda əhali arasında kasıb təbəqənin üzvlərinin sayı 200 mini ötüb". Rəsmi İrəvanın yürütdüyü xarici siyasətə toxunan millət vəkili bu zəmində də hakim strukturun heç bir müsbət nailiyyətin əldə etmədiyini deyir. Erməni diplomat vurğulayıb ki, prezident olan Serj Sarkisyan yalnız hazır ki, vəziyyəti neytrallaşdırmağı bacarıb. Xüsusəndə Darlıq Qarabağ məsələsində. Guya ki, münaqişənin həllində Ermənistan üçün yarana biləcək neqativ hallar aradan qaldırılıb: "Hələki Ermənistana qarşı mövcud olan mənfi prosesi neytrallaşdırmağı bacaran prezident Sarkisyan arada olan fasilədən istifadə edərək ölkə daxilində mövcud olan problemlərin həlli ilə məşğul olsa daha yaxşı olardı. Hesab edirəm ki, Serj Sarkisyan qarşıya qoyulan vəzifə və məqsədləri layiqincə yerinə yetirəcək".

Digər xəbərlər