AGAİT: "Geosiyasətdə tarixi faktları təhrif etmək yolverilməzdir"
Adıçəkilən təşkilat Azərbaycanda gənc nəslin iştirakı ilə sülh, insan hüquqları və universal demokratik dəyərlərinin əsas təbliğatçılarından biri kimi fəaliyyət göstərir.
Əsas missiyası universal, demokratik vətəndaş cəmiyyəti modelinin və dəyərlərinin Azərbaycanda daha da möhkəmlənməsinə nail olmaqdan ibarət olan Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı hər zaman universal, ümumbəşəri dəyərləri və tolerantlığı əsas tutaraq bu istiqamətdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını təmin etməyə səy göstərmişdir. Belə ki, sözügedən təşkilat Qafqaz regionunun mövqeyinin beynəlxalq ekspertlər vasitəsi ilə qloballaşan dünyaya çatdırılmasında aktiv rol oynayır, birbaşa maraqlı tərəf kimi çıxış edir.
Bu baxımdan, Rusiya mətbuatında 26 noyabr-2 dekabr, 2010-cu il tarixində dərc olunmuş "Müstəqil Hərbi Təhlil" qəzetinin 44-cü sayının geosiyasət səhifəsində "İranın cənubda caynaqları" adlı məqalədə Azərbaycan ilə bağlı qeyri-obyektiv, təhrif olunmuş tarixi v faktlara etiraz edərək, bəyanat verən təşkilatın etirazında vurğulamışdır ki, qəzet Rusiyada ən reytinqli, sanballı, elit təbəqənin daim maraqla oxuduğu qəzetlər sırasında birincidir: "Məhz bu səbəbdən Azərbaycan ilə bağlı verilən yanlış təhlil bizi təəcübləndirdi və məqaləyə etiraz cavabı verməyə məcbur etdi".
Belə ki, məqalənin müəllifi Azərbaycanın tarixi torpaqları sayılan Cənubi Azərbaycana, indiki Ermənistan Respublikasının ərazilərinə (Zəngəzur mahalı, Vedi mahalı, Zəngibasar mahalı, Göyçə mahalı, Dərələyəz mahalı, Dərəçiçək mahalı, Qarabağlar mahalı, Qəmərli mahalı, İrəvan xanlğı və s.), Dərbənd və ətraf bölgələrə heç toxunmamış, hətta daha da irəli gedərək, bu regionda tarixən Azərbaycan adlı xalqın və dövlətin olmamasını sübuta yetirməyə çalışmışdır. Müəllif ciddi tarixi təhriflərə yol verərək, Şah Abbas dövründə ermənilərin güya tarixi vətənlərinə köçürülərək, sonradan milli azlığa çevrildiyini söyləməyə cəsarət etmişdir. Bu da müəllifin açıq şəkildə qeyri-obyektiv, qərəzli mövqedən çıxış etməsinə dəlalət edir: "Deyilənin yanlış olduğunu, regiona digər xalqların siyasi köçürülməsi ilə bağlı qeyri-azərbaycanlı tarixçilərinin dediklərinə əsaslanırıq. 'Rusiyada keçirilən siyahıyaalmaya əsasən, 1823-cü ildə ermənilər Qarabağın ümumi əhalisinin 9 %-ni (qalan 91 %-i müsəlman kimi qeyd olunmuşdur), 1832-ci ildə 35 %-ni, 1880-ci ildə isə artıq üstünlük təşkil edirdilər - 53 %" (Svante Kornel). Statistikadan da bəlli olur ki, Qarabağ heç də erməni ərazisi deyil, tarixi Azərbaycan ərazisidir. Hələ 9 % əhalinin erməni olduğu da şübhə altındadır. Çünki onlar türksoylu albanlar olmuşlar. Belə ki, SSRİ dövründə cəmiyyətdə yerli albanlara və onların tarixinə yer verilmirdi. Ona görə də həmin hakimiyyət məqsədyönlü şəkildə yerli albanları erməniləşdirməyə çalışırdı".
Təşkilatın yaydığı bəyanatda daha sonra deyilir: "Bir sual yaranır: niyə siyasi köçürülmə zamanı məhz ermənilər köçürülübdür? Axı gürcülər, abxazlar, osetinlər də köçürülmə siyasətinə daxil olan xalqlardandır. Lakin onlar mövcud siyasi strategiyanı təmin etmirdi. Çünki siyasəti həyata keçirən hökumət onları yerli, ermənilərin isə sadəcə gəlmə millət olduğunu bilirdi. 'Dağlıq Qarabağda yaşayan ermənilər üçün Azərbaycan torpağı təqiblərdən sığınacaq yerinə çevrildi" (B. İşxamyan)
Məqalənin tarixi aspekt hissəsində də Azərbaycanın tarixi torpaqlarının təhrif edildiyinə rast gəlinir. Məqalədə müəllif qərəzli olaraq müasir Azərbaycanın 16-cı əsrdə İran Səfəvisinin olduğunu vurğulamışdır. Nəzərinizə çatdıraq ki, xüsusən, 10-cu əsrin əvvəllərindən başlayaraq, özünü milliyətcə fars hesab etməyən, türk əsilli Elxanilər (Hülakilər), Baharlı (Qaraqoyunlu), Bayandurlu (Ağqoyunlu), Səfəvilər, Əfşarlar və Qacarlar sülalələri tərəfindən idarə olunan dövlətlərin tərkibində idilər. Müasir Azərbaycan, nəinki Səfəvilər dövlətinin əsas hissəsi olmuş, həmçinin, Qaraqoyunlu, Ağqoyunlu, Eldənizlər, Elxanilər dövlətinin sələfi olmuşdur.
Təşkilatın etirazında bir daha tarixə müraciət edərək, vurğulanıb ki, 1501-ci ildə Şah İsmayıl Xətai Bakıda özünü Azərbaycan Səfəvi dövlətinin hökmdarı elan etdikdən sonra dövlət dilini, məhz Azərbaycan dili elan etmişdir (tarixçi-alim, Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspirantı Ramiz Mehdiyev, "Gorus-2010" xəritə, səh.-36-37).
Qeyd olunmalıdır ki, Azərbaycan Səfəvi dövlətinin hökmdarı Şah Abbas haqqında məlumatlar İsgəndər bəy Münşinin "Tarix-i aləmdə-yi Abbasi" kitabına əsaslanaraq yazılması daha məqsədəuyğun olardı, çünki İsgəndər şahın müasiri və mirzəsi olmuşdur: "Qəzetdə yazılan fikir isə Arakel Dovrijetsinin (təbrizli erməni) məlumatlarına əsaslanıb. 7-ci əsrdən 1925-ci ilə qədər İran siyasi ortam olaraq mövcud olmamışdır."