"Hayots Ashkhar": Ermənistanın xarici dövlət borcunun ÜDM-ə nisbəti ilin sonunda 43,54 fazi olacaq
Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistan bunun ağır nəticələrini üzərində zaman keçdikcə daha çox hiss edir. SİA-nın məlumatına görə, Ermənistanın "Hayots Ashkhar" qəzeti xarici dövlət börcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbətdə 13 faizdən 40 faizə qədər artdığını yazıb. Qəzetin yazdığına görə, ölkənin xarici borcunun artımı qarşılığında xarici investisiyalar və ÜDM-in artımında azalma qeydə alınıb. Məlumatda bildirilir ki, bu ilin sonuna kimi xarici borcun ÜDM-ə nisbəti 43-54 faiz olacaq. Dövlət Statistika Xidmətinin məlumatında qeyd olunub ki, 1 oktyabr tarixi üçün ölkənin 3,7 milyard dollar borcu olub. Deməli, Ermənistanın xarici borcu son iki ildə 2 dəfə artıb. Məlumata görə, son 2 il ərzində Ermənistanın daxili borcu 200 milyon dollar artıb.