"Hayots Ashkharh": Ermənistanda yoxsulların sayı sürətlə artır
Ermənistanın əl çəkmək istəmədiyi işğalçılıq siyasəti hər keçən gün bu ölkəni uçurumun kənarına daha da yaxınlaşdırır. Bunu ermənilərin özləri də etifar edirlər. SİA-nın Ermənistanın "Hayots Ashkharh" qəzetinə istinadən verdiyi məlumata görə, ölkədə hər üç adamdan biri yoxsul, hər 5 adamdan biri isə ifrat yoxsulluq həddindədir.
1998-ci ildən etibarən keçən il ilk dəfə əhalinin həyat standartlarının azaldığı qeyd edilib. Bildirilir ki, yoxsul və həddindən artıq yoxsul vətəndaşların sayı artıb. Yalnız bir il ərzində yoxsulların sayında 214 min nəfər artım baş verib. İfrat yoxsulların sayı yalnız bir il ərzində 245 min artaraq 650 minə çatıb.
2008-ci ildə Ermənistan əhalisinin 27,6 faizi kasıb olaraq qəbul edildiyi halda, 2009-cu ildə bu artıq 34 faiz olub. Yalnız bir il əvvəl 12,6 faiz olan "ifrat yoxsulluğ"un səviyyəsi hazırda 20 faizə yüksəlib.