PDF Oxu

Araşdırma

  • 15

DMX rəisi: "Azərbaycanda 400 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs var"

DMX rəisi: "Azərbaycanda 400 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs var"
"Bu il ərzində Azərbaycanda miqrasiya sahəsində 11 min hüquqpozma halı qeydə alınıb". APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov 18 dekabr Beynəlxalq Miqrasiya gününə həsr olunan tədbirdə çıxışında bildirib. Onun sözlərinə görə, təxminən 8500-ə yaxın şəxs ölkə ərazisindən çıxarılıb. Həmin şəxslərin 1210-u inzibati qaydada çıxarılanlardır. Arzu Rəhimov deyib ki, bu gün Azərbaycana yaşamaq, işləmək üçün gələnlərin sayı çoxdur: "Ümumiyyətlə, bu gün Azərbaycanda 400 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs var. Bu siyahıya tələblər də daxildir. Azərbaycanda qanunsuz miqrasiyaya qarşı mübarizə aparılır, amma miqrantlara xoş münasibət də var". A.Rəhimov onu da deyib ki, DMX-yə bu il ərzində 50 mindən artıq müraciət daxil olub: "Bu kiçik rəqəm deyil. Biz hər bir müraciətə fərdi qaydada yanaşırıq".

Digər xəbərlər