Qafqaz Müsəlmanları İdarəsi qanvermə aksiyası keçirib
Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hər il Aşura günündə keçirilən qanvermə aksiyası dünən də nəzərdə tutulan məscid və ziyarətgahlarda öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, artıq Təzəpir məscidində də səhər saat 8-00 radələrindən başlayan aksiya işini uğurla davam etdirir. Mərkəzi Qan Bankının həkimi Həqiqət Əliyevanın verdiyi açıqlamaya görə, bu saata qədər 100-dən artıq insan qanvenrmə aksiyasında iştirak edib. O bildirib ki, ötən il Aşura günündə 490 nəfər Təzəpir məscidində qanvermə aksiyasında iştirak etmişdi. İnsanların axını onu göstərir ki, bu il bu say daha çox olacaq.
O bildirib ki, qan verməyə gələnlər həkim müayinəsindən sonra qan verirlər. Qan verməyə yararlı olmayan şəxslər qanvermə aksiyasında iştirak edə bilməz. Artıq dünən səhər saat 8-dən başlayan aksiyadan bir neçə nəfər uzaqlaşdırılıb. Burada yığılan qan Qan İnstitutuna göndəriləcək və oradan talasemiya və ehtiyacı olanlara göndəriləcək.