PDF Oxu

Araşdırma

  • 15

2397568 kvadratmetr ərazi partlamamış hərbi sursatdan təmizlənib

2397568 kvadratmetr ərazi partlamamış hərbi sursatdan təmizlənib
Cari ilin noyabr ayında Azərbaycanda 2397568 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan təmizlənib. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Əməliyyatlar zamanı 4 886 partlamamış hərbi sursat və 21 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 425 mütəxəssis və 115 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib. Ümumilikdə indiyədək ANAMA tərəfindən 148 748 294 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və hərbi sursatların sayı 634 283 olub. Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Tərtər, Füzuli, Bakı şəhəri, Badamdar qəsəbəsi və Qaradağ rayonu ərazisində aparılıb.

Digər xəbərlər