Aşqabad Transəfqanıstan boru kəmərinin tikintisi haqda danışıq aparıb
"Kommersant" qəzetinin yazdığına görə, Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan Transəfqanıstan TƏPH boru kəmərinin tikintisi haqda razılaşma sənədi imzalamışdır. Qəzetin yazdığına görə, bu razılaşma Moskvanı qane edir. Çünki TƏPH Aşqabadı Avropa Birliyinin qaz layihəsi olan NABUCCO-dan çəkindirə bilər. Türkmənistan rəhbərliyi TƏPH ideyasını bu il qəbul etmişdir. Ekspertlər belə hesab edirlər ki, layihənin gerçəkləşdirilməsi Əfqanıstandakı qeyri-sabitliyin azalmasına zəmin yaradacaq. Türkmənistan bu addımı Rusiyanın Aşqabaddan aldığı qazın faizini aşağı düşdükdən sonra atmışdır.
Bu ilin oktyabrında Moskva layihəni dəstəkləmişdir. Qaz kəməri məsələləri ilə məşğul olan İqor Seçinin dediyinə görə, "Qazprom" TƏPH-in sıralarına daxil olmaq üçün "Türkmənqaz"la danışıqlar aparır. Ancaq hələlik, Rusiyanın layihədə hansı formada iştirak edəcəyi müəyyənləşdirilməmişdir.
2015-ci ildə uzunluğu 1700 kilometrdən çox olan TƏPH boru kəməri vasitəsilə Cənubi Asiya bazarına il ərzində 33 milyard kubmetr qaz ixrac ediləcəkdir. Qaz-boru kəməri Dövlətabad Türkmənistan qaz yatağı ilə Hindistan və Pakistan sərhədindəki Fazilk yaşayış məntəqəsi arasında əlaqə yaradacaqdır. Hindistan və Pakistan il ərzində 14 milyard kubmetr, Pakistan isə 5 milyard kubmetr Türkmənistan qazı alacaqdır. Bu ilin aprelində BMT-nin də dəstəklədiyi layihənin ümumi dəyəri 4 milyard dollar məbləğindədir.