PDF Oxu

Araşdırma

  • 13

"Transparency İnternational": Ermənistanda korrupsiyanın səviyyəsi xeyli artıb

"Transparency İnternational": Ermənistanda korrupsiyanın səviyyəsi xeyli artıb
Son 3 ildə Ermənistanda korrupsiyanın səviyyəsi xeyli artıb. Milli.Az xəbər portalının news.am saytına istinadən verdiyi məlumata görə, bunu "Transparency İnternational" təşkilatının icraçı direktoru Varujan Oktanyan bildirib. "Aparılan sorğular göstərir ki, son illər bu ölkədə korrupsiyanın həcmi xeyli artıb. Rəyi soruşulanların yarısı belə düşünür. Əks meyli müşahidə edənlər cəmi 15%-dir. Ermənistanda daha çox korrupsiyalaşmış sahələr kimi təhsil, polis və məhkəmə sistemləri göstərilir", - deyə o, qeyd edib. Oktanyanın sözlərinə görə, sorğunun aparıldığı 85 ölkənin heç birində təhsil sahəsi belə "fəxri yer"də olmayıb.

Digər xəbərlər