İşğalçı Ermənistan daxilində ictimai-siyasi vəziyyət gündən-günə ağırlaşır. Belə ki, bu ölkənin hakimiyyət rəsmiləri daxili problemlərdən diqqəti yayındırmaq məqsədilə açıq şəkildə hərbi təcavüzkarlıq mövqeyini dəstəkləyirlər. Ermənistan rəsmiləri ölkə daxilində müxalifətin, beynəlxalq siyasətdə isə demokratik dövlətlərin və ayrı-ayrı təşkilatların tənqidlərindən yayınmaq üçün dinc qonşularına qarşı təcavüzkar siyasət həyata keçirməkdən çəkinmirlər. Diqqəti çəkən odur ki, onlar bütün səhvlərini və uğursuzluqlarını xarici amillərlə izah etməyə çalışır, bir sözlə, daşıdıqları məsuliyyətdən yaxalarını kənara çəkməyə səy göstərirlər. Başqa sözlə, bu gün Ermənistanda irticaçı, antidemokratik rejim hökm sürür. Korrupsiya, yoxsulluq, sosial ədalətsizlik, xarici siyasətdə qonşularla illər boyu davam edən gərgin münasibətlər artıq bu ölkənin miskin simasını ifadə edir.
Uğursuz forpost statusu
Heç də təsadüfi deyil ki, Ermənistan Cənubi Qafqazda forpost dövlət statusundan uzağa gedə bilməyib. İşğalçı ölkənin iqtidarının bütün sahələrdə, o cümlədən, hərbi sahədə həyata keçirdiyi siyasət yarıtmaz, səriştəsiz hesab edilir. Daxili problemlər məngənəsində sıxılan yoxsul əhalisinin narazılığı sosial partlayış həddinə çatıb. Yerləşdiyi bölgədə - Cənubi Qafqaz regionunda militarist-avantürist siyasət yeritməsi nəticəsində işğalçı Ermənistan yaxın qonşularının və böyük dövlətlərin etibarını itirib. Bu ölkənin adı beynəlxalq təşkilatların, dünyanın aparıcı ölkələrinin hesabatlarında korrupsiyanın geniş vüsət aldığı dövlət kimi qeyd edilir, iqtisadi inkişaf tempinin ildən-ilə azaldığı, yoxsulluq həddinin sürətlə artdığı ölkələr sırasında çəkilir. Bu ölkənin rəsmiləri sağlam, sivil yolla öz dövlətlərini inkişaf etdirmək əvəzinə, yaratdıqları hərbi-irticaçı rejimi möhkəmləndirməklə məşğuldurlar. Bununla yanaşı, daxili ziddiyyətlər, rəsmi Yerevanın destruktiv ritorikası Ermənistan ordusuna da sirayət edib. Bu orduda yüksək rütbəlilər aşağı çinli zabitlərdən, zabitlər isə sıravi əsgərlərdən xüsusi haqq tələb edir, bu tələbləri yerinə yetirə bilməyənlər isə döyülür, təhqir edilir, alçaldıcı rəftara məruz qalırlar.
Çolaq nazirin striptiz-klubu...
Rəsmi Yerevan öz siyasi iradəsinin, suverenliyinin və müstəqilliyinin güzəştə gedilməsi bahasına diaspordan və xarici dövlətlərdən aldığı ianələri demokratiyanın inkişafına, iqtisadi islahatların aparılmasına xərcləmək əvəzinə, işğalçı ordusunun güclənməsinə və silah alınmasına sərf edir. Bu yaxınlarda dünya mətbuatı tarixdə görünməmiş biabırçı hadisə - müdafiə naziri Seyran Ohanyanın Yerevanda striptiz-klub açması barədə geniş məqalələr dərc etmişdi. Belə görünür ki, çolaq nazirin zəkası və əxlaqı da onun fiziki qüsurunu özünəməxsus şəkildə tamamlayır. Bu səbəbdən, o, haram yollarla əldə etdiyi pulları striptiz-klub açmaqla artırmaq fikrinə düşüb. Hazırda erməni ordusunda baş verən faktlara nəzər saldıqda, ordunun başında duran şəxsin belə qeyri-ciddi, qəribə hərəkətləri artıq təəccüb doğurmur.
İşğalçı erməni ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətxorluq, intihar, zorlama və digər cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə, 2010-cu ildə 32 faiz artıb. Qeyri-hökumət təşkilatlarının müvafiq hesabatlarında göstərilir ki, ötən il erməni ordusunda 2000-dən çox xoşagəlməz hadisə baş verib. Bunlardan 100-ü fərarilik, 200-ə yaxını hərbi hissəni özbaşına tərketmə, 50-yə qədəri intihara cəhd, 500-dən çoxu rüşvətalma, 400-ə qədəri işgəncə, 40-dan çoxu zorlama, 70-dən çoxu ölüm hallarıdır. Bundan başqa, ötən il 200 erməni əsgəri ölüb ki, bunlardan 120-si qeyri-döyüş bölgəsində dünyasını dəyişib.
Erməni ordusunda "qarabağlı"-"ermənistanlı" qarşıdurması
Ermənistan rəsmiləri artıq açıq şəkildə etiraf edirlər ki, erməni ordusunda homoseksuallıq adi həyat tərzinə çevrilib. Qeyri-rəsmi statistikaya görə, belə qeyri-ənənəvi cinsi oriyentasiyası olan hərbi qulluqçulardan, təqribən, 120 nəfəri Ermənistanda, 190 nəfəri isə Qarabağda xidmət edir. Bu, onu göstərir ki, erməni əsgərləri arasında əxlaqi naqislik və pozğunluq böhran həddinə çatıb. Belə vəziyyət ordu rəhbərliyini belə halların qarşısını almaq və həmin hərbi qulluqçuları vaxtından əvvəl tərxis etmək məqsədilə xüsusi hərbi həkim komissiyası yaratmağa vadar edib. İşğalçı ordu üçün səciyyəvi xüsusiyyətlərdən biri də burada baş verən çoxsaylı bıçaqlama faktlarıdır. Ötən il erməni ordusunda zabitlərin əsgərlərə fiziki işgəncə vermələri, "qarabağlı"-"ermənistanlı" ayrı-seçkiliyi nəticəsində 23 bıçaqlanma hadisəsi qeydə alınıb və bu hadisələr zamanı 15 əsgər ölüb. Bu ayrı-seçkilik erməni ordusunda dəfələrlə açıq silahlı qarşıdurmaya səbəb olub. Zorakılıqdan, özbaşınalıqdan cana doyan erməni əsgərləri dəfələrlə iki qütbə bölünərək, bir-birilərinə atəş açıblar. Bunun nəticəsində erməni ordusunda çoxsaylı tələfat baş verib.
Ötən ay cəbhə xəttində erməni əsgərləri arasında baş verən toqquşma buna əyani misaldır. Bu hadisə zamanı - qarabağlı ermənilərlə ermənistanlı hərbçilərin toqquşması nəticəsində onlarla erməni əsgəri həlak olmuş və yaralanmışdı. Ermənistanın müdafiə nazirliyinin rəsmiləri, itkilərin miqyasını gizlətməyə çalışsalar da, belə bir faktın baş verməsini etiraf etmişdilər.
Məxfi məlumatları satan erməni zabitləri
Ermənistan ordusunda baş verənlər erməni müxalifətinin münasibəti də maraq doğurur. Yerli müxalifət mətbuatı bununla bağlı yazır ki, orduda baş verən dəhşətli hadisələr hərbi hissə komandirləri üçün ciddi başağrısına çevrilib. İşğalçı ordudakı əsas problemlərdən biri hərbi sirlərin satılması məsələsidir. Başqa sözlə, erməni hərbçiləri hərbi sirlərlə alver edir, bir çox hallarda bu işlə məşğul olduqlarını gizlətmirlər. Belə ki, Ermənistan müdafiə nazirliyinin ən yüksək çinli zabitləri belə məxfi məlumatları yerli və xarici mətbuata satır. Məsələn, MN-in təmir-tikinti idarəsinin rəisi ötən ilin fevral ayında nazirliyin məxfi qriflə göndərdiyi məlumatı yerli müxalifət nümayəndələrinə ötürüb. Nazirliyin idarə rəisi Armen Sarkisyan və idarənin informasiya qrupunun rəhbəri Lyusya Eyvazyan məhkəmə zamanı məxfi məlumatları satdıqlarını açıq şəkildə etiraf ediblər.
Cari ilin iyun ayının 29-da Ermənistanın müdafiə naziri Seyran Ohanyan Ermənistanda itkin düşmüş əsgərlərin xatirə günü ilə bağlı keçirdiyi görüş zamanı Qarabağ müharibəsi zamanı itkin düşmüş 1000 nəfər erməni əsgərin taleyi ilə bağlı bildirmişdi ki, itkin düşmüş şəxslərlə bağlı erməni tərəfi ciddi axtarış tədbirləri həyata keçirməkdədir. Lakin bu əsgərlərin çoxunun erməni ordusunda baş verən qarşıdurma nəticəsində qətlə yetirildiyi artıq məlumdur. Xatırladaq ki, müharibə zamanı erməni ordusu ağır itkilər verəndə S.Ohanyan özü bir neçə yüz erməni əsgərinin adsız qəbirlərdə basdırılması barədə göstəriş vermiş, həmin əsgərlərin qohumlarına isə onların itkin düşməsi barədə arayışlar verilmişdi. Aydındır ki, o zaman məqsəd ictimaiyyətdən çoxsaylı itkilər barədə faktları gizlətmək olub. Bundan əlavə, döyüşlər zamanı geri çəkilən əsgərlərin güllələnərək, itkin düşmüş şəxslər kimi qeydə alınması faktları mövcuddur. Bu əsgərlər, əsasən, Qarabağda, adsız qəbirlərdə basdırılıb.
Əyyaşlar, qumarbazlar, ədəbsizlər ordusu...
İşğal olunmuş ərazilərdəki hissələrdə zabit heyəti, əsasən, qarabağlı ermənilərdən ibarətdir və onlar Ermənistandan olan çağırışçılara qarşı olduqca sərt münasibət göstərirlər. Qarabağlı zabitlərin Ermənistandan olan əsgərləri zorladığı da bildirilir. Ermənistandan olan əsgərlər isə qarabağlı zabitlərin əqli cəhətdən geri qaldığını və pinti olduğunu iddia edirlər. Ermənistanlı əsgərlər Qarabağda yaşayış olmadığından orada xidmət keçmək istəmir, bu da yerli zabitlərdə narazılıq doğurur. İşğal olunmuş ərazilərdə olan hərbi hissələrdə, təmas xəttinə yaxın hissələrdə hərc-mərclik halları daha çoxdur. Orada əsgərlər zabitlərlə dalaşır, silahla oynayır, əyyaşlıqla məşğul olur və narkotik maddələrdən istifadə edirlər. Tez-tez ölüm hadisələri baş versə də, korrupsiyaya bulaşmış işğalçı orduda belə hadisələri "silmək" asandır.
İşğalçı ordunun ərzaqla təminatı sahəsində də ciddi çatışmazlıqlar özünü göstərir. Təsadüfi deyil ki, son illər ərzində bu ordunun şəxsi heyəti arasında mədə-bağırsaq, dəri-zöhrəvi və dezinteriya xəstəliklərinin sayı 2 dəfə artıb. Bütün bunlar erməni ordusunun mənəvi-əxlaqi cəhətdən aşındığını və bərbad vəziyyətdə olduğunu bilavasitə təsdiqləyir. Belə davam edərsə, işğalçı, forpost Ermənistan yaxın perspektivdə, deyəsən, doğrudan da ordusuz qalacaq.