Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilmədən azad Avropa haqqında danışmaq olmaz
"Dağlıq Qarabağda münaqişənin sülhlə və davamlı həlli olmadan, vahid və azad Avropada yaşadığımızı deyə bilmərik", - Avropa Parlamentinin prezidenti Eji Buzek belə hesab edir. "Dnestryanı, Cənubi Osetiya və Abxaziya kimi ayrılan regionlara gəldikdə, mən yalnız xatırlada bilərəm ki, Avropa İttifaqı həm Moldovanın, həm də Gürcüstanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir. Həm bu problemlərin, həm də Dağlıq Qarabağda münaqişənin sülhlə və davamlı həlli olmadan, vahid və azad Avropada yaşadığımızı deyə bilmərik", - Buzek "Azadlıq" radiosuna müsahibədə deyib. Onun sözlərinə görə, qitənin bu hissələri Avropa İttifaqını çox narahat edir.