"Çorrod İnknişxanutyun": "Sarkisyan azərbaycanlı məcburi köçkünlərin
Rusiyanın Baş naziri Vladimir Putin Serj Sarkisyanı dilemma qarşısında qoyub. SİA-nın "Çorrod İnknişxanutyun" qəzetinə istinadən verdiyi xəbərə görə, yaxın keçmişdə V.Putin Ermənistan prezidenti Serj Sarkisyana ciddi mesaj göndərib.
Yazıya görə, Putin Sarkisyandan üç məsələni görməyi tələb edib: "Birinci növbədə Rusiya ərazisində fəaliyyət göstərən cinayətkar qruplaşmalarla əlaqəni kəsmək. Çünki onlarla əlaqə Rusiyanı dünyadakı imicinə xələl gətirir. İkincisi, Ermənistanda koorupsiya və cinayətkar qruplaşmalarla məşğul olan oliqarx və yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi. Sonuncu isə, Dağlıq Qarabağ münaqişəsinin həllində konkret mövqeyini ortaya qoymaq. Eyni zamanda rəsmi Moskvadan gizli olaraq Ermənistanın Türkiyə, ABŞ, Azərbaycanla üçtərəfli keçirdikləri görüş və nəticələr barəsində məlumat vermək".
Məlumata görə, birinci və ikinci müddəaların görülməyəci təqdirdə, Rusiyada fəaliyyət göstərən "Birləşmə" erməni milli klubunun rəhbəri Sumbatu Qaraxanyana Ermənistan hökümətinin cinayətkar qruplaşmlarla əlaqəsi, narkobizneslə məşğul olmaları, qeyri-qanuni silah satışı və çirkli pulların silinməsi ilə bağlı faktlar təqdim olunacaq.
Üçüncü təklifi yerinə yetirilməyəcəyi təqdirdə Putin Serj Sarkisyanın bəzi gizli sənədlərini aşkara çıxaracağı ilə bağlı təhdid edib. Mətbu orqanı səndələrə də aydınlıq gətirib: "Burada gizli danışıqlardan söhbət gedir. Belə ki, gizli sənədlərdə birinci mərhələdə Sarkisyan Azərbaycanlı məcburi köçkünlərinin Dağlıq Qarabağa geri qayıtmasına razılıq verib. İkinci mərhələdə Laçın, Şuşa Dağlıq Qarabağın hüququ statusu müəyyən olunmadan geri qaytarılır. Eyni zamanada baş nazir bunun hələ başlanğıc olacağını bildirib"- deyə qəzet yazıb.