PDF Oxu

Araşdırma

  • 21

Seçicilər qələbələr partiyasına səs verəcəklər

Seçicilər qələbələr partiyasına səs verəcəklər
Dünən 21 saylı Nəsimi birinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Verdiyeva Gülarə Eyvaz qızının Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yaşayan seçiciləri ilə görüşü keçirildi.
Tədbiri giriş sözü ilə namizədin səlahiyyətli nümayəndəsi Azər Süleymanov açaraq, rayonda seçki prosesi ilə bağlı görülən işlərin yüksək səviyyədə qurulduğunu bildirərək, seçicilərin artıq seçimində qərarlı olduqlarını diqqətə çatdırdı. Bu günə qədər keçirilən müxtəlif görüşlər zamanı seçicilərin səs və münasibətləri bir faktor olaraq buna əyani sübütdur. O, hər bir seçicini düzgün seçim edərək, Azərbaycanın layiqli simalarına səs verməyə çağırdı.
O, 21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş G.Verdiyevanın təşviqat-təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşlərinin uğurla davam etdiyini bildirdi. Bu ərazidə yaşayan seçicilərin artıq 7 noyabrda keçiriləcək seçkilərə hazırlıqlı olduqlarını diqqətə çatdırdı. Azərbaycanın demokratik prinsiplər əsasında inkişafı və bu istiqamətdə dövlət tərəfindən yürüdülən siyasətin seçkilərin şəffaflığına şərait yaratdığını bildirən A.Süleymanov hər bir seçicinin hüquqi baxımdan seçmək huququ olduğundan seçimində azad və müstəqil olduğunu bildirdi. Hər bir seçicini iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırdı.
Görüşdə namizədliyi irəli sürülmüş Gülarə Verdiyeva çıxış edərək, ona göstərilən bu etimada görə, ilk növbədə, minnətdarlığını bildirdi:" Azərbaycan bu gün qaynar dövrünü yaşayır. Bu, onun ictimai-siyasi həyatında yeni mərhələdir. Bu günə qədər respublika ərazisində keçirilən seçkilər seçicilərə kifayət qədər təcrübə vermişdir. Bundan yararlanan seçicilər fəallıqları, düzgün seçim qabiliyyətləri ilə Azərbaycanın maraqlarının ifadəçisinə çevrilmişlər. Nəsimi rayonu prezident, referendum, bələdiyyələrlə bağlı keçirilən səsvermədə hər zaman yüksək göstəricilərə nail olmuşdur. Bu da rayon ərazisində seçicilərlə maarifləndirmə işinin geniş bir şəkildə aparılmasını göstərən faktordur. Hər zaman olduğu kimi, parlament seçkilərində də seçicilərə səsvermə hüququndan yararlanmağı, demokratiyaya, haqqa, ədalətə, gələcəyimizin təntənəsinə səs verməyi tövsiyə edirik".
O, seçicilərinə fəaliyyəti və əgər seçilərsə, görəcək işləri, platforması haqqında da məlumat verdi. Namizəd əgər seçici etimadı qazanıb səs toplayarsa, bu etimadı doğruldacağını və bir vətəndaş olaraq, Azərbaycanın inkişafı yönümündə fəaliyyətini davam etdirəcəyini bildirdi. 7 noyabr tarixində keçiriləcək seçkilərdə əhalinin fəal olaraq düzgün seçim edib YAP-ın namizədinə səs verməsinin əhəmiyyətini qeyd edən G.Verdiyeva Azərbaycan xalqının prezident, parlament, bələdiyyə seçkilərində olduğu kimi, bu dəfə də bu günə qədər qazanılan təcrübədən seçicilərin yararlandıqlarını nəzərə çatdırdı. Namizəd noyabrın 7-də keçiriləcək seçkilərdə rayon ərazisində yaşayan sakinləri fəal olmağa və düzgün seçim etməyə və ona səs verməyə çağırdı.
Görüşdə çıxış edən seçicilər seçki məntəqələrinə gedərək, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildirdilər.

Digər xəbərlər