Elmar Məmmədyarov: “Ağdamın adının dəyişdirilməsi komik hadisədir"
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni separatçılarının Azərbaycanın işğal altındakı Ağdam şəhərinin adını dəyişdirmək cəhdlərinə münasibət bildirib.
Milli.Az xəbər portalı Türkiyənin"Cihan" agentliyinə istinadən xəbər verir ki, nazir İstanbulda jurnalistlərə açıqlamasında bunu komik hadisə adlandırıb:"Ad dəyişdirməklə heç bir şey dəyişməyəcək. Ağdamın adını dəyişdirmək cəhdləri onu göstərir ki, Ermənistanda radikal qüvvələr var. Onlar Ermənistana sülh və sabitliyin gəlməsini, Azərbaycanla Ermənistan arasında normal münasibətlərin olmasını istəmirlər. Ad dəyişdirməyi gülünc hesab edirəm və nəticə verəcəyini düşünmürəm".