Erməni ordusu fəlakət qarşısında
Cənubi Qafqazda forpost dövlət statusundan uzağa gedə bilməyən Ermənistan bütün sahələrdə, o cümlədən, hərbi sahədə həyata keçirdiyi yarıtmaz, səriştəsiz siyasət nəticəsində həm daxili problemlər məngənəsində sıxılaraq yoxsul əhalisinin narazılığı zəminində sosial partlayış həddinə çatıb, həm də yerləşdiyi bölgədə militarist-avantürist siyasət yeritməsi nəticəsində əksər yaxın qonşularının və böyük dövlətlərin etibarını itirib.
Ermənistanın adı daima beynəlxalq təşkilatların, dünyanın aparıcı ölkələrinin hesabatlarında korrupsiyanın geniş vüsət aldığı, iqtisadi inkişaf tempinin ildən-ilə azaldığı, yoxsulluq həddinin sürətlə artdığı ölkələr sırasında hallanır. Bu ölkə öz siyasi iradəsinin, suverenliyinin və müstəqilliyinin güzəştə gedilməsi bahasına diaspordan və xarici dövlətlərdən aldığı ianələri demokratiyanın inkişafına, iqtisadi islahatların aparılmasına sərf etmək əvəzinə işğalçı ordusunun güclənməsinə və silah alınmasına sərf edir.
Bu vəsaitin hamısı orduya sərf edilsə idi, yəqin ki, 43.000 nəfərlik erməni ordusu bölgədə ən güclü silahlı qüvvələrdən biri olmalı idi. Lakin məsələn, bu yaxınlarda dünya mətbuatı tarixdə görünməmiş biabırçı hadisə - Ermənistan müdafiə naziri Seyran Ohanyanın Yerevanda striptiz klub açması barədə geniş məqalələr dərc etdi. Görünür, Qarabağ müharibəsinin "qəhrəmanı" olması ilə öyünən çolaq nazirin zəkası və əxlaqı da onun fiziki qüsuru ilə vəhdət təşkil edir və bu, haram yollarla əldə etdiyi pulları başqa bir biznes sahəsinə yatırmağa imkan verməyib.
Ümumiyyətlə, erməni ordusunda baş verən faktlara diqqət yetirdikdə, ordunun başında duran şəxsin belə ağlasığmaz hərəkətləri artıq təəccüblü görünmür. Ermənistan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətxorluq, intihar, zorlama və digər cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2010-cu ildə 30% artıb. Qeyri-hökumət təşkilatlarının hesabatlarına görə, ötən il orduda 2000-ə yaxın hadisə baş vermişdir. Bunlardan 100-ü fərarilik, 200-ə yaxını hərbi hissəni özbaşına tərketmə, 50-yə qədəri intihara cəhd, 500-dən çoxu rüşvətalma, 400-ə qədəri işgəncə, 40-dan çoxu zorlama, 70-dən çoxu ölüm hallarıdır. Bundan başqa, ötən il 200 erməni əsgəri ölmüşdür ki, bunlardan 120-si qeyri-döyüş bölgəsində baş verib.
Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə olan hərbi hissələrdə, təmas xəttinə yaxın hissələrdə hərc-mərclik halları getdikcə artır. Orada əsgərlər zabitlərlə dalaşır, silahla oynayır, əyyaşlıqla məşğul olur və narkotik maddələrdən istifadə edirlər. Tez-tez ölüm hadisələri baş versə də, korrupsiyaya bulaşmış işğalçı orduda belə hadisələri "silmək" asandır. Əsgərlər qumar oynayır, bəzən iri məbləğdə pul uduzurlar. Eduard adlı əsgər zabitə qumarda uduzduğu pulu verə bilmədiyinə görə, huşsuz vəziyyətədək döyülüb və zorlanıb.
Ermənistanın Martuni şəhərindən olan Sevak Ayrapetyan hazırda Ağdərənin Tonaşen kəndi yaxınlığındakı 2-ci motoatıcı batalyonunun rabitə bölümündə xidmət keçir. 2011-ci ildə tərxis olunacağı gözlənilən həmin əsgəri həmyaşıdları "qot" cərəyanının tərəfdaşı kimi xatırlayırlar. O, incəsənətə də maraq göstərmiş, lakin hazırda düşdüyü mühitdə savadsız və kobud rəftarla üzləşərək, "qarabağlı" zabitlərin təzyiqləri üzündən tez-tez valideynlərinə şikayət edib. Lakin valideynlərinin maddi cəhətdən imkansız olmaları, onu başqa yerə köçürməyə imkan verməyib.
Acınacaqlı hal yalnız ordudakı "dedovşina", rüşvətalma halları deyil. Eyni zamanda, işğalçı ordunun ərzaqla təminatı sahəsində də ciddi çatışmazlıqlar var. Belə ki, yerlərdə aparılan yoxlamalar zamanı əsgərlərin qida rasionunda İran, Çin, Malayziya və Sinqapurdan gətirilmiş, vaxtı ötmüş, keyfiyyətsiz qida məhsullarının istifadəsi aşkar olunub.
Şəxsi heyətə səhər və axşam yeməklərində kərə yağı əvəzinə marqarin, mal və donuz əti əvəzinə, Hindistan və Avstraliyadan gətirilmiş kenquru, zebra, camış və mənşəyi bilinməyən digər heyvan ətləri, vaxtı keçmiş balıq və mal əti konservləri, sağlamlığa ciddi zərər vuran keyfiyyətsiz toyuq budlarının verildiyi də müəyyənləşdirilib. Təsadüfi deyil ki, 2007-2008-ci illər ərzində bu ordunun şəxsi heyəti arasında mədə-bağırsaq, dəri-zöhrəvi və dezinteriya xəstəliklərinin sayı 2 də"ə artıb.
"Forpost Ermənistan"ın "qüdrətli və çiçəklənən" ordusu isə belə getsə, doğrudan da, müdafiə naziri Seyran Ohanyanın etiraf etdiyi kimi, insan çatışmazlığı ilə üzləşmək təhlükəsi qarşısında qalacaq. Yaxın vaxtda bu ölkənin, nəinki ordusunun, bütövlükdə, özünün belə məhv olmaq təhlükəsi var.