PDF Oxu

Araşdırma

  • 17

Suraxanı seçiciləri möhtəşəm görüşdə Əhəd Abıyevi seçəcəklərini qətiyyətlə bildirdilər

Suraxanı seçiciləri möhtəşəm görüşdə Əhəd Abıyevi seçəcəklərini qətiyyətlə bildirdilər
Parlamentə seçkilərin vaxtı daraldıqca sular da durulmağa və hansı namizədin daha şanslı olması barədə mövqelərdə aydınlaşmağa başlayır. 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Əhəd Abıyev də o deputatlığa namizədlərdəndir ki, siyasi ekspertlər dairə ərazisində digər namizədlərlə müqayisədə onun şansının yüksək olduğunu qeyd edirlər. Bu da onunla bağlıdır ki, Əhəd Abıyevin keçirdiyi görüşlərə insanlar daha çox gəlir və hər kəs də ona səs verəcəklərini bildirirlər.
Dünən deputatlığa namizəd Əhəd Abıyevlə Yeni Günəşli qəsbəsində keçirilən görüşdə də 2500-ə yaxın seçicinin iştirak etməsi onunla bağlı proqnozların real olduğunu ortaya qoyurdu. Qəsəbənin istirahət parkında keçirilən görüşdə Əhəd Abıyevin alqış sədaları ilə qarşılanması seçicilərin mövqelərində səmimi olduqlarını nümayiş etdirirdi. Seçicilərlə deputatlığa namizəd arasında keçirilən sual cavab xarakterli müzakirələrdə hər iki tərəfi maraqlandıran məsələlərə aydınlıq gətirildi. Xüsusilə də, seçicilərin Yeni Günəşli qəsəbəsində inşası yarımçıq qalan məscidin tikilərək, imanlı insanların ixtiyarına verilməsi barədə seçicilərin xahişinə deputatlığa namizəd müsbət yanaşdı və məsələnin qısa müddətdə həll ediləcəyinə söz verdi.
Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Əhəd Abıyev rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, quruculuq-abadlıq işlərinin genişləndirlməsinə xidmət edəcək seçki platformasından danışdı. Qeyd etdi ki, əgər rayon əhalisinin etimadını qazanaraq, deputat seçilərsə, hər zaman onların yanında olacaq, üzləşdikləri problemləri öz problemi hesab edərək onların həllinə çalışacaq.
Əhəd Abıyev ölkə Prezidenti İlham Əliyevin apardığı düzgün, məqsədyönlü siyasət nəticəsində əhalinin yaşayış durumunun yaxşılaşdırılmasından, hüquqi, demokratik dövlət quruculuğu prosesinin bərqərar olmasında və digər əldən olunan uğurlardan da danışdı.
Deputatlığa namizəd Əhəd Abıyev müxalifətin bəzi radikal ünsürlərinin milli maraqlara, dövlətçiliyə zidd fəaliyyətlərini də görüş iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, AXC-Müsavat hakimiyyəti dönəmində xalqa fəlakətlər, dövlətə başaşağılıq gətirən Əli Kərimov, Pənah Hüseynov, İsa Qəmbərov, Fərəc Quliyev və bu kimi digər şəxslər indiki, azad cəmiyyətdə yaradılan demokratik şəraitdən sui-istifadə etməklə insanlara şər-böhtan atmaqla məşğuldurlar: "Mənim seçki ərazisində seçicilər arasınada, nüfuz sahibi olmağım müxalifətdən olan deputatlığa namizədləri təşvişə salıb. Onlar insanlara hədə qorxu gəlir və bununla onları mənə dəstək verməkdən çəkindirməyə çalışırlar. Təxribat maşınları olan mətbu orqanlarında mənim seçki marafonundan geri çəkiləcəyim və icra hakimiyyətinin başçısı təyin olunacağım barədə yalan, böhtan dolu məqalələr dərc etdirirlər. Xüsusi ilə də, bu cür proseslərdə özünə 5-6 nəfər tərəfdar toplaya bilməyən Fərəc Quliyev daha çox canfəşanlıq edir. Fərəc Quliyev İTV-də teledebat zamanı əqidə yoldaşı Əli Kərimovu tənqid edib, "Xəyanatkarlara aramızda yer ola bilməz. O zaman mən həbsxanaya, Əli Kərimov isə parlamentə getdi" dediyi halda, başqa bir tərəfdən dövlətə bağlı olan, şərəfli, əqidəli insanlara şər atmaqla məşğuldur. Pənah Hüseynov özü etiraf edir ki, bir illik hakimiyyətləri dönəmində özlərini xalqın gözündən saldıqları halada, yenidən hakimiyyət iddiasına düşmələri yaxşı halda deyil. Əli Kərimov isə utanıb çəkinmədən "Parlament bizə yarımçıq qalan dava-dalaşları davam etdirmək üçün lazımdır" deyə söyləyir. Bu nadanlar qanunverici orqanın hansı funksiyaya malik olduğunu dərk etmirlər. Əli Kərimov özündə cəsarət tapıb, 13 nəfər deputatlığa namizədlə teledepata çıxa bilməyən Əli Kərimov qanunverici orqan kimi nufuzlu bir qurumda 124 nəfələ bir masada necə otura biləcək? Əslində, onun efirə çıxmamasının səbəbi isə Norveçdən gəlmiş dostları ilə içib sərxoş olması omuşdur. Əgər o, teledebata gəlsəydi, bir daha onu ictimaiyyət arasında faktlara istinad etməklə ifşa edəcəkdim. Çünki o, liderinə xəyanət edən, əqidə yoldaşlarını 5-3 manata satan, Qarabağ müharibəsindən qaçaraq, bir müddət ölkə xaricində gizlənən fəraridir. Yada salmaq lazımdır ki, bunu AXC hakimiyyəti dönəmində daxili işlər naziri olmuş İskəndər Həmidov bəyan etmişdir. Keçmiş milli təhlükəsizlik naziri isə bildirmişdir ki, Əli Kərimovun gizli sövdələşmələrdə ləqəbi "malış" olduğunu bildirmişdir. "Malış" xalqımıza qarşı Moskvanın törətdiyi 20 Yanvar faciəsini "Komsomolski Pravda" qəzetinə şərh edərkən, bunu "Moskvanın uğurlu addımı" adlandırmışdır". Belə bir "KQB" agentinin, boğazına kimi çirkaba batan, "Azadlıq" qəzetinin direktoru Azər Əhmədov kimi mənəviyyatsız, küçə həyat tərzi keçirən bir məxluqla iş birliyi quran Əli Kərimovun parlamentdə təmsil olunması nə dərəcədə düzgün olardı? (Yerlərdən seçicilər "ar olsun Əli Kərimova" deyə bildirdilər.) Hesab edirəm ki, sizlər düzgün, ədalətli mövqe tutacaq və pozucu ünsürlərə qarşı sərt mövqe nümayiş etdirəcəksiniz."
Əhəd Abıyev son olaraq, seçiciləri 7 noyabr parlament seçkilərində fəal olmağa və hər zaman olduğu kimi haqqa, ədalətə səs verməyə çağırdı.
Görüşdə qəsbə sakinləri adından çıxış edən ağsaqallar Həsən Səfərov və Aydın Məmmədov deputatlığa namizəd Əhəd Abıyevin insanı keyfiyətlərində, təcrübəli parlamentar olmasından, başlıcası isə Ulu Öndərimiz Heydər Əliyev ideyalarına və ölkə Prezidenti İlham Əliyev siyasətinə sədaqətli olmasından dadanışdılar. Bildirdi ki, Əhəd Abıyev o mübariz insanlardandır ki, xarici maraqlı qüvvələrin əlində alət olan qüvvələrin ifşa ediləmsi istiqamətində qətiyyət nümayiş etdirib, sərt mövqe ortaya qoyub. Əhəd Abıyevin seçici etimadı qazanarsa, nəinki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən olan insanların ümumiyyətlə, bütün rayon əhalisinin Milli Məclisdə ləyaqətlə təmsil edən millət vəkili olacaq.
Çıxış edənlər, ağsaqqallar bəzi namizədlərin Əhəd Abıyevin seçici dəstəyi qazanmasına qısqanclıqla yanaşmasına və müəyyən hallarda təxribatlar törətməyə cəhdlər göstərmələrinə də münasibət bildirdilər. Qeyd etdilər ki, müxalifətdən olan namizədlər necə şoular qurmalarına və təxribatlar törətmələrinə baxmayaraq, 31 saylı Suraxanı ikinci seçki dairəsindən olan seçicilərin Əhəd Abıyevə olan sevgi və məhəbbətləri dəyişməyəcək: "İnanırıq ki, 7 noyabr parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsinin seçiciləri hamılıqla məntəqələrə gedərək, hər zaman haqqın və ədalətin carçısı kimi tanına və seçilən Əhəd Abıyevə səs verəcəklər".
31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Əhəd Abıyevin təşviqat xarakterli seçicilərlə görüşləri davam etdirilir. Deputatlığa namizədin seçki qərargahından verilən məlumata görə, Əhəd Abıyevin növbəti görüşləri məhəllərdə, seçicilərlə fərdi qaydada, bəzi hallarda isə "Qapı-qapı" devizi altında keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər