PDF Oxu

Araşdırma

  • 18

Xalqın uğurlu seçimi

Xalqın uğurlu seçimi
Dünən Yeni Azərbaycan Partiyasının 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi Nizami Cəfərov təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağstafanın Saloğlu və Aşağı Göyçəli kəndində seçicilərlə görüşüb.
Ümumilikdə 400-ə yaxın seçicinin iştirak etdiyi görüşdə YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov noyabrın 7-də Milli Məclisə keçiriləcək parlament seçkiləri barədə seçiciləri məlumatlandıraraq, YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizəd kimi Nizami Cəfərovun namizədliyini irəli sürdüyünü bildirib. YAP-ın Azərbaycanda xalqın dəstəklədiyi ən böyük və aparıcı partiya olduğunu vurğulayan R.Tatarov bu dəfəki seçkilərdə də seçicilərin YAP-ın namizədinə səs verməklə, partiyaya öz dəstəklərini göstərəcəklərinə inandığını söyləyib. Görüşdə həmçinin, son illər ölkəmizdə YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən işlər nəticəsində əldə olunan uğurlardan da danışılıb.
YAP-ın 108 saylı Ağstafa seçki dairəsi üzrə deputatlığa namizədi Nizami Cəfərov seçiciləri noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə aktiv olmağa çağırıb. N.Cəfərov seçicilərə öz seçimlərində müstəqil olduqlarını bildirib. O, bu vaxta qədər keçirilən seçkilərdə Saloğlu və Aşağı Göyçəli kəndinin seçicilərinin YAP-ın namizədinə dəstək verdiklərini bildirərək, bu dəfəki seçkilərdə də mövqelərini dəyişməyəcəyinə inandığının söyləyib. N.Cəfərov seçicilərin YAP-ın namizədinə səs verməklə, həm də Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqının yüksək rifahına, dövlətin güclü inkişafına və tərəqqisinə səs verdiklərini bildirib. Görüşdə hər iki kəndin seçiciləri bu ilki parlament seçkilərində YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi N.Cəfərovdan kəndin bir sıra sosial problemlərinin həlli ilə bağlı dövlət qurumları qarşısında məsələ qaldırmağı istəyiblər. YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi isə bildirib ki, bu dəfəki seçkilərdə seçicilərin etimadını qazanarsa, onların problemlərinin həllinə yaxından kömək etməyə çalışacaq, bununla bağlı əlaqədar təşkilatlar qarşısında məsələ qaldıracaq.
108 saylı Ağstafa Seçki dairəsindən YAP-ın deputatlığa namizədi N.Cəfərovun təbliğat kampaniyası davam edir.

Digər xəbərlər