PDF Oxu

Araşdırma

  • 16

Parlament seçkiləri demokratiyanın təntənəsi olacaq

Parlament seçkiləri demokratiyanın təntənəsi olacaq
Dünən Yeni Azərbaycan Partiyası tərəfindən 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Qalib Aslan oğlu Salahzadənin Sabunçu rayonunun Balaxanı qəsəbəsində olan "Vəfa" şadlıq evində seçicilərlə görüşü keçirilib. 
Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri, namizədin səlahiyyətli nümayəndəsi Mehriban Abasquliyeva seçkilərə hazırlığın vəziyyəti və ölkəmizin ictimai-siyasi durumu barədə məlumat verib. Bildirib ki, hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar artıq öz məntiqi nəticələrini göstərməkdədir: "Bu gün Azərbaycan dünyanın ən çox diqqət ayırdığı, demokratik təsisatların yüksək səviyyədə inkişaf etdiyi ölkələrdən biridir. Təbii ki, demokratiyanın ən başlıca tələblərindən biri xalqın dövlət idarəçiliyində iştirakının təmin olunmasıdır. Buna görə də, hakimiyyətin əsas qollarından biri olan qanunverici orqan - Milli Məclis məhz xalqın səs verməsi yolu ilə formalaşır. Budəfəki parlament seçkiləri də demokratiyanın daha yüksək səviyyədə inkişafı baxımından olduqca böyük əhəmiyyətə malikdir".
Namizədin vəkili Fazil Rüstəmov Yeni Azərbaycan Partiyası tərəfindən 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Qalib Aslan oğlu Salahzadənin həyat və fəaliyyəti barədə məlumat verib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu böyük siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyələyən F.Rüstəmov son illər ölkəmizin iqtisadi sahədə əldə etmiş olduğu uğurlara toxunub. 
Seçicilərlə görüşün xüsusi əhəmiyyətinə toxunan Yeni Azərbaycan Partiyası tərəfindən 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Qalib Aslan oğlu Salahzadə bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb: "Bu gün böyük gücə və ictimai dəstəyə malik olan YAP-ın həyata keçirdiyi siyasət birmənalı şəkildə vətəndaşların həyat tərzinin yüksəlməsinə xidmət edir. Çünki xalqın sosial rifahının yüksəldilməsi həmişə YAP-ın ali məqsədlərindən olub. Namizəd onu da bildirdi ki, son 5 ildə respublikamızın iqtisadi, siyasi, sosial, elmi və humanitar həyatı mühüm tarixi hadisələrlə zəngin olub: "Ölkə həyatının bütün sahələrində, eyni zamanda, daxili və xarici siyasətdə, ictimai bölmədə böyük nailiyyətlər əldə olunub. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən kompleks və sistemli islahatlar həyata keçirilib. Dövlətimizin başçısının mahir və çevik idarəetmə qabiliyyəti, Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən strateji qərarları, eyni zamanda, mükəmməl iqtisadi strategiyası nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikası qeydə alınmaqdadır. Bütün bu nailiyyətlər, sözsüz ki, iqtidarın uğurlarını möhkəmləndirir, xalqın hakimiyyətə olan sonsuz inamını gücləndirir".
Tədbirdə çıxış edən kənd sakinləri Qalib Salahzadəni yaxşı tanıdıqlarını, bir eloğlu kimi, xeyirxah bir insan kimi ona böyük hörmət bəslədiklərini, bu seçkilərdə məhz Yeni Azərbaycan Partiyasının namizədi olan Qalib Salahzadəyə səs verəcəklərini söyləyiblər.

Digər xəbərlər