PDF Oxu

Araşdırma

  • 14

Yeni Azərbaycan Partiyası böyük nüfuza malikdir

Yeni Azərbaycan Partiyası böyük nüfuza malikdir
Dünən Yeni Azərbaycan Partiyasının 53 saylı Quba-Qusar seçki dairəsindən namizədi Yevda Sasunoviç Abramovun təşviqatı ilə əlaqədar Qubanın Alpan, Uzunmeşə, Kürkün kəndlərində görüşləri keçirilib. Görüşlərdə 900 seçici iştirak edib.
Keçirilən görüşləri giriş sözü ilə namizədin səlahiyyətli nümayəndəsi, YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev açıb. O, Milli Məclis üzvlüyünə namizəd Yevda Sasunoviç Abramovun həyatı və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Keçirilən görüşdə iştirak edən seçicilər noyabrın 7-də keçiriləcək parlament seçkilərində Yevda Sasunoviç Abramova səs verəcəklərini bildiriblər.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman böyük xalq dəstəyinə güvənərək, bütün seçkilərdə inamlı qələbə qazanıb: "Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb. Xalqın sosial rifahının yüksəldilməsi həmişə Yeni Azərbaycan Partiyasının ali məqsədlərindən biri olub. Partiyanın bölgədə və dünyada artan nüfuzunun başlıca səbəblərindən biri də məhz güclü sosial dayaqlarının olmasındadır".
Ə.Nəbiyev görüşdə iştirak edən seçicilərin Yeni Azərbaycan Partiyasının namizədi Yevda Sasunoviç Abramova səs verəcəklərinə inandığını diqqətə çatdırıb.
YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev çıxışında 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını söyləyib. Ə.Nəbiyev vurğulayıb ki, bu mühüm prosesdə seçicilərin fəal iştirakı zəruridir: "Qubalıların Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə dəstək olacağını əminliklə söyləmək olar. İnanıram ki, Quba sakinləri "Güclü dövlət, yüksək rifah" naminə seçkilərdə ən layiqli namizədlərə səs verəcəklər. Qubanın kəndlərində keçirilən görüşlərdə seçicilərin böyük fəallığı belə söyləməyə əsas verir".
Görüşdə çıxış edən deputatlığa namizəd Yevda Sasunoviç Abramov seçicilərə təbliğat-təşviqat kampaniyasında onu fəal şəkildə dəstəklədiklərinə görə, öz minnətdarlığını bildirib. Deputatlığa namizəd Yevda Abramov vurğulayıb ki, seçicilərin yüksək dəstəyi sayəsində Quba camaatını ikinci dəfə Milli Məclisdə təmsil edəcəyinə inanır: "Əminəm ki, seçicilər, hər zaman olduğu kimi, doğru-düzgün, ədalətli seçim edəcəklər. Yenidən millət vəkili seçiləcəyim təqdirdə, çalışacağam ki, qubalıları Milli Məclisdə layiqincə təmsil edim. Bu gün Azərbaycan sürətlə, dinamik şəkildə inkişaf edir. Ölkədə baş verən davamlı sosial-iqtisadi inkişaf əhalinin sosial rifahını, yaşayışını daha da yaxşılaşdırır. Bu, hər kəsi qurmağa, tikməyə, yaratmağa həvəsləndirir. Seçicilər bunu çox yüksək qiymətləndirirlər. Son illər Quba öz simasını tanınmaz dərəcədə dəyişib, şəhərin və ətraf kəndlərin infrastrukturu yenidən qurulub, insanların yaşayışı, həyat tərzi daha da yaxşılaşıb. Bütün bunlar ölkədə keçirilən parlament seçkilərinə marağı daha da artırır və seçicilərin fəallığının bir qədər də yüksəlməsinə səbəb olur".
Oktyabrın 27-də 52 saylı Quba şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının Milli Məclis üzvlüyünə namizədi, Hüseyn Ağahüseyn oğlu Kərimovun Qəçrəş, Qımıl-qazma, Küsnət-qazma kəndlərinin seçiciləri ilə görüşü keçirilib. Görüşlərdə 250 seçici iştirak edib.
Keçirilən görüşləri giriş sözü ilə deputatlığa namizəd Hüseyn Kərimovun səlahiyyətli nümayəndəsi Zülfirə Baxışova açıb. Z.Baxışova Yeni Azərbaycan Partiyasının namizədi H.Kərimovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.
Deputatlığa namizəd Hüseyn Kərimov çıxışı zamanı öz seçki platforması barədə seçicilərə geniş məlumat verib. H.Kərimov bildirib ki, seçki prosesinin gedişində hər bir seçicinin səsini qazanmaq üçün səy göstərir. O, seçicilərin mütləq əksəriyyətinin səsini qazanacağına inandığını və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün verilən vədlərin həyata keçirilməsinə çalışacağını bildirib. Milli Məclis üzvlüyünə namizəd Hüseyn Kərimov seçkilərdə qalib gələcəyi təqdirdə, seçicilərinin etimadını yüksək səviyyədə doğrultmağa çalışacağını söyləyib.

Digər xəbərlər