PDF Oxu

Araşdırma

  • 12

Yeni Azərbaycan Partiyasının nüfuzu çox yüksəkdir

Yeni Azərbaycan Partiyasının nüfuzu çox yüksəkdir
Dünən - oktyabrın 23-də Yeni Azərbaycan Partiyasının 53 saylı Quba-Qusar seçki dairəsindən namizədi Yevda Sasunoviç Abramovun təşviqatı ilə əlaqədar Qubanın Qonaqkənd qəsəbəsində, Cimi, Xaşı, Gömürdəhnə, Ördüc kəndlərində görüşləri keçirilib. Görüşdə 600 seçici iştirak edib.
Keçirilən görüşləri giriş sözü ilə namizədin səlahiyyətli nümayəndəsi, YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev açıb. O, Milli Məclis üzvlüyünə namizəd Yevda Sasunoviç Abramovun həyatı və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Daha sonra deputatlığa namizəd Yevda Abramovun vəkilləri E.Məmmədov, Ə.Əlipaşayev çıxış ediblər. Görüşdə iştirak edən seçicilər noyabrın 7-də keçiriləcək parlament seçkilərində Yevda Sasunoviç Abramovu dəstəkləyəcəklərini bildiriblər.
YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev çıxışında 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını söyləyib. Ə.Nəbiyev vurğulayıb ki, bu mühüm prosesdə seçicilərin fəal iştirakı vacibdir: "Bu baxımdan, Qubanın kəndlərində keçirilən görüşlərdə seçicilərin böyük fəallığı nəzərə çarpır. Odur ki, qubalıların, birmənalı olaraq, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə dəstək olacağını əminliklə söyləmək olar. İnanıram ki, Quba sakinləri "Güclü dövlət, yüksək rifah" naminə seçkilərdə ən layiqli namizədlərə səs verəcəklər".
Ə.Nəbiyev daha sonra qeyd edib ki, partiyanın rayon təşkilatı ölkədə keçirilən bütün seçkilərə ciddi şəkildə, qələbə əzmi ilə hazırlaşır: "7 noyabr parlament seçkilərinə yeni texnologiya ilə, layiqli namizədlərlə, ən başlıcası isə, Ümummilli Lider Heydər Əliyev ideyaları ilə gedirik. Yeni Azərbaycan Partiyası Quba rayon teşkilatı partiyanın "Güclü dövlət, yüksək rifah" şüarını rəhbər tutaraq, namizədlərin təbliğatını fəal şəkildə həyata keçirir. Bu baxımdan, Milli Məclisə növbəti seçkilərlə əlaqədar Qubada Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Seçicilərin YAP namizədlərinin təşviqatında fəal iştirakı göstərir ki, biz bu seçkidə də mütləq səs çoxluğu ilə qələbə qazanacağıq".
Daha sonra Yeni Azərbaycan Partiyasının namizədinin vəkilləri E.Məmmədov, Ə.Əlipaşayev və digərləri çıxış ediblər. Çıxış edənlər Yevda Abramovun Azərbaycanın inkişafına, demokratik cəmiyyət quruculuğu prosesinə öz töhfəsini verən namizəd olduğunu bildiriblər. Vəkillər kənd seçicilərini Yeni Azərbaycan Partiyasının əzmkar, insanpərvər, alicənab, nüfuzlu namizədinə - Yevda Sasunoviç Abramova səs verməyə çağırıblar.
Görüşdə çıxış edən deputatlığa namizəd Yevda Sasunoviç Abramov qeyd edib ki, seçicilərin yüksək dəstəyi sayəsində Quba camaatını ikinci dəfə Milli Məclisdə təmsil edəcəyinə inanır: "Bu gün Azərbaycan sürətlə inkişaf edib. Ölkədə baş verən sürətli, davamlı sosial-iqtisadi inkişaf hər kəsi qurmağa, tikməyə, yaratmağa həvəsləndirir. Seçicilər bunu yaxşı bilir və yüksək qiymətləndirirlər. Son illər Quba öz simasını tanınmaz dərəcədə dəyişib, insanların yaşayışı daha da yaxşılaşıb. İnsanların işıqlı sabaha, xoşbəxt gələcəyə, yüksək rifaha inamı bir qədər də artıb. Bu, ölkədə keçirilən parlament seçkilərinə marağı daha da artırır və seçicilərin fəallığının bir qədər də yüksəlməsinə səbəb olur".
Milli Məclis üzvlüyünə namizəd Yevda Sasunoviç Abramov görüşlərdə geniş, məzmunlu çıxış edərək, millət vəkili seçiləcəyi təqdirdə, qubalılar tərəfindən ona göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını bildirib.
Görüşlərdə seçicilər namizədlə onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar, öz qayğılarını, arzularını dilə gətiriblər. Onlar deputat kimi, Yevda Abramovun ötən beşillik fəaliyyətindən razı qaldıqlarını vurğulayıblar. Yerli sakinlər yenidən millət vəkili seçiləcəyi təqdirdə, ondan hər zaman olduğu kimi, səmərəli, uğurlu fəaliyyət gözlədiklərini bildiriblər.
Milli Məclis üzvlüyünə namizəd Yevda Sasunoviç Abramov seçicilərin etibarını, inamını, səsini qazanmağa çalışdığını, millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin etimadını doğrultmaq üçün var qüvvəsi ilə səy göstərəcəyini bildirib.
Oktyabrın 23-də Quba 52 saylı seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Hüseyn Kərimovun Möhüc, Gültəpə, Yuxarı Tüləkəran, Yenikənd, Tülər, Aşağı Tüləkəran kəndlərinin seçiciləri ilə görüşü keçirilib. Görüşdə 500 nəfərə yaxın seçici iştirak edib.
Tədbirdə çıxış edən deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Zülfirə Baxışova Yeni Azərbaycan Partiyasının namizədi H.Kərimovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə deputatlığa namizədin vəkilləri Ş.Paşayev, A. Teymurxanlı və B.Kərimov çıxış ediblər. Onlar seçiciləri 7 noyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Hüseyn Kərimova səs verməyə çağırıblar. Görüşdə çıxış edən seçicilər bu mühüm siyasi kampaniyada Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə səs verəcəklərini bildiriblər. Seçicilər Yeni Azərbaycan Partiyasının fəalı kimi Hüseyn Kərimov haqqında çox müsbət fikirdə olduqlarını söyləyiblər.
Deputatlığa namizəd Hüseyn Kərimov çıxışı zamanı öz seçki platforması barədə seçicilərə geniş məlumat verib. Hüseyn Kərimov seçki prosesinin gedişində hər bir seçicinin səsini qazanmaq üçün çalışır. O, seçiciləri, mütləq əksəriyyətinin səsini qazanacağına inandığını və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib. Hüseyn Kərimov seçkilərdə qalib gələcəyi təqdirdə, seçicilərinin etimadını yüksək səviyyədə doğrultmağa çalışacağını söyləyib.

Digər xəbərlər