PDF Oxu

Araşdırma

  • 14

Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
MDB İcraiyyə Komitəsinin informasiya-təhlil departamentinin analitik şöbəsindən verilən məlumata görə, oktyabrın 20-də Krım Muxtar Respublikasında MDB üzvü olan dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilmişdir.
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev tədbirdə iştirak etmişdir. MDB İcraiyyə Komitəsinin sədri Ü MDB-nin icraçı katibi Sergey Lebedev şuranın iclasında çıxış edərək vurğulamışdır ki, Birlik üzvü olan dövlətlərin çoxtərəfli hərbi əməkdaşlığı MDB-nin mövcudluğunun və daha da təkmilləşdirilməsinin, onun təhlükəsizliyinin möhkəmləndirilməsinin ən mühüm, dinamik inkişaf etməkdə olan obyektiv əsaslarından biri olaraq qalır.
Şura Birliyin təhlükəsizliyinin möhkəmləndirilməsinin hərbi məsələləri üzrə MDB üzvü olan dövlətlərin milli və dövlətlərarası qurumları ilə qarşılıqlı fəaliyyətdədir.
Hərbi nazirliklərin rəhbərləri 2010-cu ilə qədər olan dövrdə MDB üzvü olan dövlətlərin Hərbi Əməkdaşlığı Konsepsiyasının həyata keçirilməsinin yekunlarını və Şuranın işçi orqanlarının fəaliyyətinin nəticələrini müzakirə etmişlər. Şuranın katibi Aleksandr Sinayski qeyd etmişdir ki, Konsepsiyanın həyata keçirilməsi MDB üzvü olan dövlətlərin hərbi sahədə qarşılıqlı əlaqələrinin sabit inkişaf tempinin təmin edilməsinə şərait yaratmışdır. Bunun ən mühüm yekunu tərəfdaşlıq münasibətlərinin formalaşması, hərbi əməkdaşlığın müxtəlifsürətli və çoxvektorlu modelinin inkişaf etdirilməsi, bu əməkdaşlığın ikitərəfli və regional qarşılıqlı əlaqələri əhatə edən müxtəlif səviyyələrinin üzvi şəkildə əlaqələndirilməsi olmuşdur. Hərbi əməkdaşlığın humanitar baxımdan genişlənməsi təkcə Birlik ölkələrinin təhlükəsizliyinin təmin edilməsində insan amilinin əhəmiyyətinə diqqətin artırılmasının nəticəsi deyil, həm də MDB-nin inkişafında mövcud meyllərin təzahürüdür. İclasda 2011-ci ildə MDB üzvü olan dövlətlərin hava hücümundan müdafiə üzrə birgə sistemini birgə tədbirlərinin təşkil edilməsi məsələləri, silahlı qüvvələrin mühəndislik təminatı sahəsində MDB üzvü olan dövlətlərin müdafiə nazirliklərinin qarşılıqlı fəaliyyəti haqqında sazişin layihəsi müzakirə edilmişdir.

Digər xəbərlər