PDF Oxu

Araşdırma

  • 16

Xalq öz firavanlığına səs verəcək

Xalq öz firavanlığına səs verəcək
ÖDƏNİŞLİ TƏŞVİQAT
Dünən Gədəbəy rayonunun Arabaçı, İsalı, Mor-Mor, Şınıx, Göyəlli kənd seçiciləri ilə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən YAP tərəfindən millət vəkilliyinə namizədliyi irəli sürülən Rafiq Musa oğlu Məmmədhəsənovun görüşü keçirilib. Tədbirlərdə YAP-ın Gədəbəy rayon təşkilatının təbliğat qrupunun üzvləri, ziyalılar, ağsaqqallar, gənclər, nüfuzlu şəxslər, ictimaiyyətin nümayəndələri, ümumilikdə, 500 nəfərədən çox seçici iştirak edib.
Əllərində "Güclü dövlət, yüksək rifah" sözləri yazılmış plakatları, deputatlığa namizədin portretlərini, digər əyani təşviqat vasitələrini tutmuş seçicilərin yüksək əhval-ruhiyyədə olması, ölkə rəhbərliyinə tez-tez minnətdarlıq sözləri səsləndirmələri, görüşlərin böyük izdihamla müşayiət etdirilməsi tədbirlərin möhtəşəmliyini daha da artırıb.
Toplantını giriş sözü ilə YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov açaraq, təbliğat və təşviqat kampaniyasının uğurla keçdiyini bildirib. Qeyd edib ki, keçirilən görüşlərin bu cür yüksək əhval-ruhiyyə ilə keçməsi bir daha bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının qələbəsindən xəbər verir. R.Muradov onu da söyləyib ki, ölkəmizin inkişafına, onun gündən-günə çiçəklənməsinə, insanların yüksək həyat tərzinə, övladlarımızın uğurlu perspektivlərinə baxanda, hər birimiz azərbaycanlı olduğumuz üçün fəxr edirik: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti möhtərəm İlham Əliyev tərəfindən layiqincə davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası öz bəhrəsini verməkdədir".
R.Muradov YAP tərəfindən irəli sürülən namizədin həyatı, iş fəaliyyəti, xidmətləri barədə məlumatları tədbir iştirakçılarına çatdırıb və bütün seçiciləri Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verməyə çağırıb. Əmin olduğunu bildirib ki, həmişə olduğu kimi, bu seçkilərdə də seçicilərimiz əzmkarlıq və fəallıq nümayiş etdirəcək, 7 noyabr 2010-cu ildə mütəşəkkil şəkildə seçki məntəqələrinə gələrək, qüdrətli və güclü partiya olan Yeni Azərbaycan Partiyasının qələbəsini təmin edəcəklər.
Görüşdə seçicilərdən Nizami Vəliyev, Ələddin Qurbanov, İzzət Hümbətov, Rafiq Hüseynov və başqaları çıxış edərək, Azərbaycanda mütərəqqi qanunvericilik bazasının mövcud olmasından, demokratik prinsiplərə layiqincə əməl olunmasından, seçkilərin indiyədək yüksək səviyyədə keçirilməsindən, irəli sürülən namizədlərin ictimaiyyət arasında geniş nüfuza, hörmətə malik olmalarından ətraflı söhbət açıblar və seçiciləri 7 noyabrda həmin namizədlərə səs verməyə dəvət ediblər.
YAP tərəfindən millət vəkilliyinə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən namizədliyi irəli sürülən Rafiq Musa oğlu Məmmədhəsənov seçicilər qarşısında çıxış edərək, YAP-ın Seçki Proqramı haqqında ətraflı məlumat verib. Rafiq Məmmədhəsənov ona etimad göstərildiyinə görə, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev olmaqla hakim partiyaya minnətdarlıq edib. Rafiq Məmmədhəsənov yenidən millət vəkili seçiləcəyi təqdirdə, göstərilən etimadı axıradək yüksək səviyyədə doğruldacağını bildirib.
Seçicilər millət vəkili kimi Rafiq Məmmədhəsənovun beşillik fəaliyyətindən razı olduqlarını vurğulayıb və millət vəkili kimi, uğurlu fəaliyyətinə görə namizədə təşəkkür ediblər. Çıxış edənlər 7 noyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi yenidən məhz Rafiq Məmmədhəsənovu dəstəkləyəcəklərini bildiriblər.
Görüşdə namizədin səlahiyyətli nümayəndəsi və vəkilləri də iştirak ediblər.

Digər xəbərlər