PDF Oxu

Araşdırma

  • 14

Yeni Azərbaycan Partiyası seçkidə qələbəsini təmin edəcək

Yeni Azərbaycan Partiyası seçkidə qələbəsini təmin edəcək
ÖDƏNİŞLİ TƏŞVİQAT
Dünən Şəmkir rayon Dəllər qəsəbəsinin seçiciləri ilə Yeni Azərbaycan Partiyası tərəfindən 99 saylı Şəmkir kənd seçki dairəsindən namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızının görüşü keçirilib. Yüksək seçici əhval-ruhiyyəsi ilə keçrilən görüşü giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev YAP-ın ölkəmizin ictimai-siyasi həyatında apırıcı qüvvə olmasından  və partiyanın monolit şəkildə seçkilərə qatılmasından danışdı.
 Bildirdi ki, parlament seçkilərində, ölkəmizin hər bir bölgəsində olduğu kimi, Şəmkir rayon Dəllər qəsəbəsi seçicilərinin də  böyük fəallıq nümayiş etdirəcəkləri heç kəsdə şübhə doğurmur. F.Vəliyev YAP tərəfindən namizədliyi irəli sürülən Məlahət İbrahimqızının ictimai-siyasi fəallığı ilə cəmiyyətdə tanınan namizəd olduğunu bildirdi.
 F.Vəliyev seçiciləri fəal olmağa və 7 noyabr məntəqələrə gedərək,  M.İbrahiqızına səs verməyə çağırdı.
100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ölkəmizin əldə etdiyi iqtisadi uğurlardan geniş və əhatəli çıxış etdi. Ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən "Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramı"nın uğurla icra edilməsindən söhbət açan M.Qurbanlı qeyd etdi ki, Dövlət Proqramının həyata keçirilməsi ilə bölgələrdə yeni iş yerlərinin açıldığını və bununla da əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılmasına imkanlar yaradıldığını söylədi. Onu da qeyd etdi ki, əldə olunan bu uğurların davamlılığının təmin olunmasında Yeni Azərbaycan Partiyasının da müstəsna rolu, əməyi olub. M.Qurbanlı YAP-ın cəmiyyətdə rolunun və yerinin möhkəmlənməsi ilə bu ümumxalq partiyaya olan inam və etibarı da daha da möhkəmlənib. İcra katibinin müavini bu inamın sarsılmaz olduğunu və Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbə qazanması ilə daha da möhkəmləndirmiş olacaq. M.Qurbanlı Ulu Öndər siyasətinə sədaqətli, böyük ziyalı, yüksək təşkilatçılıq bacarığına malik M.İbrahimqızının 99 saylı Şəmkir kənd seçki dairəsinin seçicilərinin dəstəyini qazanacağına əmin olduğunu bildirdi. Fikrini də onunla əsaslandırdı ki, hər bir rayon seçicisi M.İbrahimqızı kimi biliyi, savadı, intellekti ilə seçilən və tanınan ziyalının Milli Məclisin təmsilçisi olmasını istəyər.
YAP tərəfindən namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızı çıxış edərək, seçki platformasını rayon seçicilərinin istək və maraqlarını ifadə etdiyini söylədi. Bildirdi ki, yenidən ona etimad göstərilərsə, parlamentdə Şəmkir kənd seçicilərinin problemlərinin qanunvericilik bazası əsasında həllinə nail olmaq üçün bütün imkanlarından istifadə edəcək. M.İbrahimqızı  ölkə Prezidenti İlham Əliyevin apardığı siyasətin bəhrəsi olaraq, xalqın sosial-rifah halının yüksəldildiyini bildirdi. Onu da qeyd etdi ki, bu yaxınlarda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının yenidən artırılmasının Prezidentin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı kimi xarakterizə etdi. M.İbrahimqızı Yeni Azərbaycan Partiyasının parlament seçkiləri ilə bağlı şüarı olan "güclü dövlət, yüksək rifah" tezisi ölkəmizin iqtisadi uğurları ilə həmahəng səsləndiyini bildirdi. Ümidvar olduğunu qeyd etdi ki, seçicilər məntəqələrə gedərək, dövlətin və xalqın maraqlarını ən yüksək səviyyədə müdafiə edən namizədə səs verəcəklər.
YAP tərəfindən 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədliyi irəli sürülən Slavyan Universitetinin professoru Sahibə Qafarova çıxışında M.İbrahimqızının Yeni Azərbaycan Partiyasının qurulmasında və aparıcı partiyaya çevrilməsində rolu olan şəxslərdən olduğunu bildirdi. S.Qafarova seçiciləri fəal olmağa və noyabrın 7-də məntəqələrə gedərək, ən layiqli namizədlərdən olan M.İbrahimqızına səs verməyə çağırdı.
Dəllər qəsəbə sakinləri adından çıxış edən Səməd Rzayev, Qoşqar Mərdanov və Aida Əliyeva M.İbrahimqızını yaxından tanıdıqlarını və onun fikirlərinin daim reallığa əsaslandığını, ona görə də, noyabrın 7-də məntəqələrə gedərək, hamılıqla ona səs verəcəklərini bildirdilər.

Digər xəbərlər