PDF Oxu

Araşdırma

  • 8

Pozitiv proseslərə neqativ yanaşma siyasəti

Pozitiv proseslərə neqativ yanaşma siyasəti
Müstəqil Kütləvi İnformasiya Vasitələri cəmiyyətdə aşkarlığın təmin olunmasında aparıcı rola malikdir. Demokratik inkişafı şərtləndirən əsas amillər sırasında mətbuatın başlıca probleminə çevrilən jurnalistlərin peşəkarlıq səviyyəsindən asılıdır. Azərbaycanda sosial məsuliyyət hissini itirən bir sıra çap və elektron nəşrlərlə yanaşı, "Azadlıq" radiosunun da adı çəkilə bilər. Ölkədə söz və mətbuat azadlığı üçün mövcud şəraitdən sui-istifadə hallarının geniş vüsət aldığı bir şəraitdə "Azadlıq" radiosunun öz prinsiplərindən imtina edərək, yeni efir siyasəti seçməsi və hadisələrə yanaşmasında obyektiv baxışlar mütəmadi qaydada pozulmaqdadır. "Hazırda parlament seçkiləri olsaydı, hansı düşərgəyə səs verərdiz?" başlığı altında keçirilən sorğuda radionun elektron bölməsində yanlış rəy formalaşdırmaq üçün qərəzli, yalan və birtərəfli informasiya görüntüsünün nəticəsi ortaya çıxıb. Azərbaycanda "Azadlıq" radiosunun ölkədə mövcud söz və məlumat azadlığından sui-istifadə edərək, parlament seçkiləri ərəfəsində əsassız fikirlər yaratmaq cəhdləri qeyri-obyektivlik prinsipləri üzərində köklənib. Belə sorğuların keçirilməsi ilə hakimiyyətə qarşı qara piar kampaniyası aparan sözügedən radionun layihəsində iştirak edən naməlum respodentlərin mövqeyi konkret olaraq süni yolla tənzimlənərək, idarə olunur. Görünən budur ki, bu yolla oxucu və dinləyici auditoriyası qazanmaq, gündəmdə qalmaq niyyəti güdən belə mətbu orqanlar daxili və xarici qüvvələrin sifarişlərini yerinə yetirir, ölkə iqtidarının siyasətini ictimai fikrin diqqətindən yayındırmaq istəyirlər. Bununla yanaşı, sözügedən radionun radikal müxalifətin tribunasına çevrilməsi, efir siyasətində arqumentsiz fikirlərin səsləndirilməsi üçün bir sıra suallar yaradır. Nihilizm, inkarçılıq, pozitiv proseslərə neqativ rakursdan yanaşma dəyərlərini təbliğ edən sorğunun cavablarından da görünür ki, radionun baş verən hadisələrə yanaşma siyasəti fərqlidir. Ölkənin ictimai-siyasi həyatına dair əhəmiyyətli müxbir araşdırmaları aparmaq əvəzinə, radionun elektron bölməsində aparılan sorğular konkret məqsəd daşıyır. Bu gün "Azadlıq" radiosunda özünü qabarıq gəstərən ən böyük problemlərdən biri kimi məhz peşə etikasının pozulması hallarından qaynaqlanır. Məhz bunun nəticəsidir ki, radio insanların siyasi əqidəsinə, verilən suallara yanaşma imkanlarını özünməxsus şəkildə məhdudlaşdırır. "Obyektiv və tərəfsiz Azərbaycan xəbərlərini əldə etmək istəyənlərin ünvanı" kimi özünü təqdim edən "Azadlıq" radiosunun "obyektivlik" və "qərəzsizlik" prinsipini unudub. Hüquqi və etik sərhədlərə məhəl qoymayan, hər kəs və hər hadisə haqqında ağıllarına və ağızlarına gələni yazan "jurnalistlər" vətəndaşlar tərəfindən məhkəmələrə verildikdə bunu mətbuat və söz azadlığının "sıxışdırılması" kimi qiymətləndirilərək, "hakimiyyətin sifarişi" kimi təqdim edilir. Bütün bunlar Azərbaycanda ifrat radikallaşan müxalifətin siyasi oyunlarına çevrilən vasitədir. Belə olan halda, problemin kökü ilk əvvəl "Azadlıq" radiosunun "iqtisadi müstəqilliyinin" destruktiv qüvvələrin əlində olması və efir siyasətinin xarici təlimatlar əsasında qurulmasından asılıdır.

Digər xəbərlər