PDF Oxu

Araşdırma

  • 19

Radikal müxalifətin yeni siyasi simasızlığı üzə çıxır

Radikal müxalifətin yeni siyasi simasızlığı üzə çıxır
Parlament seçkiləri yaxınlaşdıqca radikal müxalifət düşərgəsində qarşıdurmalar qeyri-müəyyən müstəvidə cərəyan edir. Seçki ərəfəsində qarşıda duran vəzifələrin öhdəsindən gələ bilməyən təşviqat kampaniyasının təşkilini daha çox xarici qrantlar hesabına təşkil edən müxalifət Azərbaycanda qarayaxma kampaniyası üzərində öz ətrafına sosial dayaqlar toplamağa çalışır. "MBH"və "VİP"-in təsis etdiyi "İnsan naminə" seçki blokunun parlament seçkilərində iştirakla bağlı seçki siyahısının müəyyənləşdirilməsində bir neçə diqqətçəkən məqamlar yer alıb. "MBH" lideri Lalə Hacıyevanın seçkidə iştirak etmədiyi bu siyahı açıqlanmaqla bir daha təsdiqlənmiş olub. L.Hacıyevanın adının "vahid namizəd" siyahısında olmaması, bloku təsis edən partiya sədrlərinin xanıma qarşı olan inamsızlığından qaynaqlandığı aydın görünməkdədir. Çünki bu barədə bir müddət bundan öncə mətbuata açıqlamasında L.Hacıyeva siyasi müxalifət daxilində bir sıra məqamların olduğunu vurğulayaraq, düşərgəyə olan inamın azaldığına eyham vurmuşdu: "Müxalifət öz içərisində sivil münasibətlər sistemini qura bilməyib. Bu, çox mühüm bir məsələdir. Çünki demokratiyanın əsası, təməli bu münasibətlər sisteminin mədəniyyətidir. Ona görə də, çox təəssüflər olsun ki, biz müxalif qüvvələrin münasibətlərində bu sivil normaları görə bilmirik. Harada bu mədəniyyət yoxdursa, orda demokratiya yox, oxlokratiya olur".
Ə.Əliyevin L.Hacıyevanın 2005-ci il parlament seçkilərində namizədliyini irəli sürdüyü dairədən "vahid namizəd" olması ilə paralel "İnsan naminə" seçki bloku "MBH" ilə "VİP"-in Müsavat başqanı İsa Qəmbərovun və AXCP (i) sədri Əli Kərimovun namizədliyi irəli sürülən dairələrindən namizəd irəli sürməməsi gözlənilən idi. Maraqlıdır ki, digər müxalifət təmsilçilərinin dairələrindən alternativ namizədlər irəli sürən "İnsan naminə" ADP sədri Sərdar Cəlaloğlunun namizəd olduğu 21 saylı Nəsimi birinci seçki dairəsindən "VİP" sədrinin müavini Billur Hümbətovu, AXP lideri Pənah Hüseynin namizəd olduğu seçki dairəsindən "Yaşıllar" partiyasının sədri Mais Gülalıyevi, "Ümid" partiyasının sədri İqbal Ağazadənin namizəd olduğu Xətai üçüncü seçki dairəsindən Azin Mahmudovun, "KXCP" sədri Mirmahmud Fəttayevin namizəd olduğu seçki dairəsindən isə Cahan Əliyevanın namizədliyini irəli sürüb. Azərbaycanda formalaşmış demokratik müxalifət yox, özəl şirkətləri xatırladan partiyaların avtoritar qaydada idarə olunan təşkilatlara çevrilməsi və "vahid namizədlik" uğrunda mübarizədə bir-birini siyasi səhnədə təkləyib. Aydın siyasi proqrama və platformaya malik olmayan radikal müxalifətin seçkilərdə sarsıdıcı məğlubiyyətləri məhz onların siyasi təbliğat üsullarının mahiyyəti ilə şərtlənir.
2010-ci ilin parlament seçkilərində radikal müxalifətin "vahid namizədlik" uğrunda mübarizəsində əsasən iki partiyanın- AXCP (i) və Müsavat üzərində qurulması düşərgə daxilində digər seçki bloklarında təmsil olunan müxalifətçiləri sıxışdırıb. Xarici qüvvələrlə separat danışıqlara getmək və qrantalma imkanlarını genişləndirmək məqsədilə düşərgənin gələcək taleyini sual altına qoyub. Sosial dayaqları olmayan radikal müxalifətin fəaliyyətini ifşa edən L.Hacıyevanın siyasi səhnədə sıxışdırılması "İnsan naminə" seçki blokunda daxili ziddiyyətlərdən qaynaqlanması təsadüfi deyil. Cari ilin yanvarında "müxalifətin birliyi" haqqında təkliflə çıxış edən L.Hacıyeva müxalifət çətin vaxtda geniş koalisiya yaratmasını və parlament seçkilərində "alternativsiz namizədlər siyahısı" ilə çıxış etməsini arzulayırdı. 2 fevral 2010-ci il tarixdə APA-ya müsahibəsində L.Hacıyeva bu məsələləri şərh edərkən bildirib ki, təklif etdiyim bu fikrə dərhal YAP-dan dəstək gəldi: "Azərbaycan tarixində birinci dəfə idi ki, hakimiyyət partiyasından müxalifətə açıq dəstək gəlirdi. İndi qoy hər kəs düşünsün ki, bu, kimə və nəyə lazım idi? Onu qeyd etmək istəyirəm ki, Azərbaycanda heç bir partiyaya digər partiyaların təsnifatını aparmaq, yaxud kiminləsə şərtlə danışmaq hüququ verilməyib. Bu, demokratiyaya, siyasi mədəniyyətə ziddir. Biz çox vaxt cəmiyyəti passivlikdə qınayırıq, amma müxalifətin içində müxalifətə atəş açanlar bilməlidirlər ki, bununla özləri də daxil olmaqla bütün müxalifətə inamı qırırlar".

Digər xəbərlər