ABŞ Müdafiə Nazirliyindən
ABŞ Müdafiə Nazirliyi gizli sənəd və məlumatları yayımlayan "Vikileaks" saytından Əfqanıstandakı müharibə ilə bağlı 15 min sənədi dərhal təslim edilməsini tələb edib.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, nazirlik sənədlərin təslim edilməyəcəyi halda növbəti addımların ABŞ Federal Təhlükəsizlik Xidməti və məhkəmə tərəfindən atılacağını bildirib. Pentaqonun açıqlamasında sənədlərin milli təhlükəsizliyə böyük zərər verəcəyi, əsgərlərin və müttəfiqlərin təhlükəsizliyini təhlükəyə ata biləcəyi ifadə olunur.
"Wikileaks" rəhbərliyi isə əllərində qalan 15 min sənədin məzmununun araşdırıldığını, yalnız bundan sonra yayımlanacağını açıqlayıb. Saytın qurucusu Julian Assange sənədlərin döyüş cinayəti işləndiyinə dair sübutlar ortaya qoyduğunu, qərarın məhkəmə tərəfindən veriləcəyini söyləyib.