Azərbaycan rəsmi Yerevanı bütün cəbhələrdə dalana dirəyib
Azərbaycan diplomatiyasının son 15-16 ildəki gərgin işi nəticəsində Ermənistanın işğalçı olduğu və Azərbaycan ərazisinin 20 faizini zəbt etdiyi həqiqəti dünya birliyi tərəfindən təsdiq, rəsmi Yerevan tərəfindən etiraf olunub. Bəs regionun ən zəif, ən gücsüz, ən çətin durumda olan ölkəsinin- Ermənistanın işğalçı siyasəti hardan qaynaqlanır? Qarabağ probleminin sülh yolu ilə həllinə mane olan səbəblər hansılardır? Ümumiyyətlə, problem tək Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlıdırmı?
Son 2 əsrdə Azərbaycan xalqına qarşı 86 soyqırım aktı həyata keçirən, yüz minlərlə insanı vəhşicəsinə qətlə yetirən, saysız terror aktları törədən, yüz minlərlə azərbycanlını öz tarixi torpaqlarından deportasiya edən ermənilər bu qədər gücü hardan alıblar? Həqiqətənmi, tarixən qorxaq, satqın, saxtakar tayfa kimi tanınan, adlarını dəyişib erməni qoysalar da, haylıqlarında qalan bu vəhşi qəbilə bu qədər böyük prosesi həyata keçirmək gücündə olub? Belə suallar saysızdır. Düşünürük ki, problemin yaranma səbəbləri və nəticələrinə nəzər salmadan fikir yürütmək düzgün olmazdı. Bu suallara aydınlıq gətirmək və ermənilərin iç üzünün tam çılpaqlığı ilə açılması üçün bircə əsr qədər geriyə qayıtmaq kifayət edər. Baxmayaraq ki, ermənilər indi yaşadıqları ərazilərin tarixi sahibləri olan azərbaycanlılara qarşı xəyanət və təcavüz prosesini əsrlər öncə başlayıblar. Bu haqda alimlərimiz, politoloqlarımız və müxtəlif araşdırma mərkəzləri tərəfindən tarixi faktlara və sənədlərə əsaslanan kifayət qədər sanballı əsərlər var.
Riyakar Avropa mətbuatı hələ XIX əsrin sonundan "erməni problemini" öz sevimli mövzusuna çevirmişdi. Şöhrətpərəst, şəhər tülküsü olan ermənilər özlərini himayə edən mətbuatın təbliğatından daha da çaşdılar. Onlar xristianların əsrlərlə dağıtmaq istədiyi türk dövlətlərinin ərazilərində "dövlət" yaratmaq iddiasına düşdülər.
Nə üçün belə oldu? Ona görə ki, "yazıq ermənilər"in problemi məxsusi erməni məsələsi deyil, bu, varlanıb çaşmış bəzi dövlətlərin yeni ərazilər və müstəmləkələr arzusunun bir formasıdır. Bu arzular güclənəndə, erməni məsələsi ortaya atılır. Ermənilərin problemi, ümumiyyətlə, avropalıların xarici siyasətində yoxdur. Ancaq erməni amilindən öz məqsədləri üçün istifadə etmək niyyətləri var. Ona görə də, erməni probleminin hər dəfə aktivləşməsi türk dövlətlərinin ərazilərinə ekspansiyanı və ya qarşılıqlı rəqabəti gücləndirir.
Ermənilər türklərin əleyhinə təbliğat aparmağı öz xarici siyasətlərinin əsasına çeviriblər. Əslində, bu təbliğatın əsas hədəfi Türkiyə dövlətidir. Çünki Türkiyə Avropada normal qəbul ediləcəyi təqdirdə, Ermənistanın dövlət kimi mənası itəcək. Onlar dünyaya yayılıb, yox olacaqlar. Necə ki, ordan-burdan sektant kilsə ətrafına yığılıblar.
Belə ki, Birinci Dünya savaşından sonra bolşeviklərin yardımı ilə Bakı nefti hesabına varlanıb siyasətə qoşulan ermənilər üçün dövlət quruldu. Onlar 1905 və 1918-ci ildə Bakıda da türklərə qarşı terrora qurşandılar. Bolşeviklər bundan istifadə etdilər, halbuki Ermənistan respublikası elan olunan gündən Azərbaycana savaş elan etdiyi və sərhəd döyüşləri apardığı bütün dünyaya məlum idi.
Deyir "arxalı köpək qurd basar". Ermənilər də bir ovuc olsalar da, himayədarları çox idi. Bu dəfə erməni kilsəsi Qafqazda ərazi iddialarına başladı. Bu iddialar növbəti dəfə Avropa dövlətlərinin sərhədləri təzələmək planları ilə bir vaxta düşürdü. Ermənistan sovet respublikasının gerbində Türkiyə ərazisində yerləşən Ağrı dağının əksi peyda oldu. SSRİ dağılanda Qərb bu absurd prinsipi SSRİ ərazisinə tətbiq etdi və və nəticədə, Rusiyada 50 prezident ortaya çıxdı. Bunun ardınca isə balaca xalqların öz qonşuları ilə qədim düşmənçilikləri və ərazi davaları ortaya atıldı.
Ən qəribəsi isə o idi ki, Qərb sözdə hamını müdafiə edirdi və qan su yerinə axan yerdə hamıya bir məsləhət verirdi: məsələləri dialoq, danışıq yolu ilə həll edin. Bir-birinin qanını tökən adamlara belə məsləhət verməyin bir mənası vardı: qırın bir-birinizi, təki Rusiya parçalansın. Amma Rusiya parçalanmadı, çünki ABŞ Yuqoslaviyanı bombalayanda, ağ elədi. Nəhayət, Rusiya prezidentinin heysiyyəti baş qaldırdı, nəticədə, Boris Yeltsin qərbli sahiblərinə və müşavirlərinə qəzəbləndi, istefa verib DTK podpolkovniki V.Putini öz taxtına oturtdu. Bu, Rusiyada hərbçilərin hakimiyyətə gətirilməsi idi. Bolşeviklərin çevrilişi də elə bununla bitmişdi. Rusiyanı dağıtmaq planları yarıda qaldı.
Sovetlər Birliyindən Ermənistan müharibəyə hazırlıqlı, Azərbaycan isə hazırlıqsız çıxmışdı. Bu səbəbdən müharibədə rus ordusunun köməyindən və Qərb ölkələrinin hərtərəfli dəstəyindən də istifadə edən Ermənistan ordusu Qarabağı işğal edə bildi. Ermənilər Azərbaycan ərazisindən 20 faiz, başqa sözlə, 15000 kvadratkilometr ərazi tutdu (öz 30000 kvadratkilometr ərazisinin yarısı qədər) və belə bir durumda 1994-cü ilin mayında atəşkəs elan edildi. Bu atəşkəs indiyə qədər davam edir. Həmin vaxtdan Ermənistanın bütün xarici siyasəti bir məqsədə- Azərbaycandan işğal etdiyi 15 min kvadratkilometrlik ərazini beynəlxalq hüquq pərdəsi arxasında özünə birliəşdirməyə və dünya dövlətlərinin bu ilhaqı tanımasına can atır.
Həmin vaxtlarda Ümummilli Liderimiz Heydər Əliyev qəti bir xarici siyasət aparırdı və münaqişənin ancaq bir şərtlə- Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aradan qaldırılmasına razılıq vermişdi. Ermənilər böyük xristian ölkələrin himayəsindən istifadə edib nə qədər fitnəkarlıq, hiyləgərlik etsə də, onların təşəbbüsləri Azərbaycan Respublikasının beynəlxalq hüquqa söykənən xarici siyasətinin qranit bünövrəsinə dəyib çilik-çilik olurdu. Bütün dünya da bilirdi: Azərbaycan öz ərazisinin işğalı ilə heç zaman barışmayacaq və özünün BMT tərəfindən tanınan ərazisindən bir qarışını da ermənilərə verməyəcək. On beş ildir ikili standartlarla işləyən Qərb siyasətçiləri bizim dövlətimizi zorla Ermənistanla dialoq aparmağa məcbur edirlər. Bu həmin demokratlardır ki, öz kosmik peykləri vasitəsi ilə Qarabağdakı hərbi əməliyyatları izləyir, Azərbaycan ordusunun hər addımını ermənilərə xəbər verirdilər.
Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsi də bu planlarla yaxından bağlıdır. Rusiya dövlətini hər addımda alçaldan Gürcüstan onlara ibrət olmuşdu. Ona görə Rusiya Gürcüstan savaşından sonra qəti qərara gəldi ki, Ermənistanla Azərbaycanı barşdırsın, Azərbaycanın torpaqlarını qaytarıb öz sülhməramlı qoşunlarını Qarabağda yerləşdirməklə həm ermənilərin, həm də azərbaycanlıların qarantı olsun. Həm də Qafqazda öz mövqelərini möhkəmlətsin. ABŞ bunu başa düşdü və narahat oldu. Beləliklə də, Ağ Evdə alternativ plan quruldu. Ermənilərə Türkiyə ərazisindən yol açmaq planı ortaya atıldı. Qərbə müstəqil yox, müsəlman ölkələrində yaratdıqları oyuncaq dövlətləri (Səudiyyə Ərəbistanı, Oman, Misir, İraq, Əfqanıstan, Fələstin Muxtariyyəti və s və i. ) və onların "lider"lərini idarə etməyə kömək edən Türkiyə lazımdır. Öncə bunun müqabilində NATO Türkiyəni Rusiyadan qorumağı vəd edirdi. Lakin bu gün Türkiyədə kommunizm təhlükəsi yoxdur. Ona görə də indi Türkiyənin Rusiyadan ehtiyat etməsi üçün elə bir əsas yoxdur. Amma Qərb milyonçuları yuxuda da Rusiyanı ərəb dünyası kimi parçlanmış, özlərini isə Səudiyyə Ərəbistanında olduğu kimi ağalıq edən görürlər. Bu, Qərbin ikili standartlara söykənən xarici siyasətidir. Türkiyə və Ermənistan kimi dövlətlər isə onlara bu siyasətin icrasında bir alət kimi görünür. Əslində, ABŞ ermənilərə yardım etmək istəsəydi, Türkiyə sərhəddini çoxdan açardı, amma açmadı. Çünki onda Rusiya Ermənistan-Azərbaycan sərhədinə girmək istəmirdi, amma indi istəyir.
İndiki durumda Ermənistan ağır iqtisadi və sosial böhan keçirir. Bütün regional layihələrdən kənarda qalan, heç bir iqtisadi potensialı olmayan, xarici yardımlar hesabına dolanan bir ölkədə artıq anlamağa başlayıblar ki, bu cür siyasətlə məhv olacaqlar. Bir sözlə, Azərbaycan işğalçı ölkəni bütün cəbhələrdə dalana dirəyib. Türkiyə-Ermənistan sərhədinin açılması isə, terrorçu dövlətin son anda xilas edilməsi ola bilər. Hansı ki, onlar özləri də bunun son çarə olacağını etiraf edirlər.
Əslində Türkiyə ermənilərə mümkün olan bütün güzəştləri edib. Azərbaycanlılar Türkiyəyə viza ilə gedib-gəldiyi halda, ermənilər vizasız 3 aylıq gediş-gəliş hüququ əldə edib, erməni-türk iş adamları İran və Gürcüstan üzərindən ortaq ticarət edirlər, iki ölkə arasında hava reysləri işləyir, milyardlarla dollarlıq ticarət dövriyyəsi var. Beləliklə, sərhədlərin açılması yalnız siyasi məsələdir. Həm 1918-ci ildə, həm də Qarabağ savaşında öz kinli və qanlı əməllərini Azərbaycan xalqına qarşı həyata keçirən mənfur erməni xalqı tarix boyu türk xalqının ayağının altını eşib. Təkcə son 2 yüzildə ermənilər türklərə qarşı 86 dəfə soyqırım həyata keçiriblər. Yüz minlərlə Türkiyə türkü və Azərbaycan türkü vəhşicəsinə öldürülüb. Xocalıdakı dəhşətləri görəndə, bunu edənlərin insan olduğuna şübhə edirsən. Bu, tarixdə görünməmiş bir vəhşilikdir. Azərbaycanın erməni təcavüzünə məruz qalmış torpaqlarından olan 1 milyon məcburi köçkünün çoxu bu günə qədər çadırlarda yaşayır.
Azərbaycan münaqişəni sülh yolu ilə həll etmək istəyir. Lakin Qafqazda ən qüdrətli orduya malik Azərbaycan öz torpaqlarını savaş yolu ilə də olsa, azad etməyə qadirdir. Zaman gələcək və tam olaraq tarixi Azərbaycan torpaqları üzərində yaradılan Ermənistan bu torpaqları da qaytarmalı olacaq.
Ermənilərin təkcə Azərbaycana qarşı etdiklərini deyil, Türkiyəyə qarşı etdiklərini də qeyd etmək lazımdır. Ermənilər Türkiyəyə də böyük zərbə vurublar. PKK sıralarında çox sayda erməninin türk xalqına qarşı terror apardığını, beynəlxalq səviyyələrdə erməni lobbisinin Türkiyəni "erməni soyqırımı"nı tanımağa və böyük təzminat ödəməyə məcbur etməyə çalışması, Türkiyəyə qarşı ərazi iddiası irəli sürməsi dediklərimizə misal ola bilər.
Görünür, genetik erməni xəstəliyi sağalana oxşamır. O, bütün zamanların xəstəliklərinin sağalmaz virusudur.