PDF Oxu

Araşdırma

  • 11

Ermənistanda iqisadi böhran davam edir

Ermənistanda iqisadi böhran davam edir
Azərbaycanla müharibə şəraitində yaşamağa məhkum edilən Ermənistanda davam edən iqtisadi böhran kəskin xarakter alaraq, ölkə əhalisinin sosial vəziyyətini daha da ağırlaşdırıb. Zavallı, aciz, bədbəxt bir ölkə olan Ermənistanın iqtisadiyyatı getdikcə bərbad hala düşür.
Bu da hazırda Ermənistan vətəndaşlarına aclıqdan, səfalətdən başqa bir şey vermir. Sonda bu proseslər rəsmi Yerevanı narahat etməyə başlayıb. Hazırda Ermənistanda vəziyyət olduqca gərgindir. Hətta iqtisadiyyatın zəifləməsi qalsın bir qırağa, hətta onun süqutunu belə gözləmək olar. Nəticə etibarilə yaşanacaq gərginliksonrası Ermənistanın böhrandan sağ-salamat çıxa bilməyəcəyini deyə bilərik. Aclıq, səfalət, işsizlik və bunun kimi bir sıra problemlər qarşısında, ölkədə sürətli davam edən əhali axını müşahidə olunur. Xaricə üz tutan Ermənistan vətəndaşları, yaşadıqları problemlərdə ölkə rəhbərliyini günahlandırırlar. İqtisadi imkanlarının yox dərəcəsinə çatmasında başlıca səbəblərdən biri də idxal - ixracatın, demək olar ki, yox səviyyəsində olmasıdır. Başlıca səbəb isə Ermənistanın heç bir təbii sərvətə malik olmamasıdır. Məlum olduğu kimi, diaspordan, xarici fontlardan və xarici dövlətlərdən aldıqları yardımlar hesabına ölkəni ayaqda tutmağa çalışan Ermənistan prezidenti Serj Sarkisyan nə edəcəyini bilməz hala gəlib. Bunun ən bariz nümunəsi son zamanlar apardığı cəfəng siyasət və mənasız açıqlamaları olub. Ermənistanın bu uğursuzluqları digər supergüclərin də nəzərindən yayınmayıb. Yaşadıqları ölkəni tərk edən Ermənistan vətəndaşları mühacir kimi Rusiya, Amerka, İngiltərə və Fransa kimi ölkələrə axın etməyə başlayıblar. Ermənistan diasporunun da narazılığına səbəb olan bu axının qarşısının alınması üçün müəyyən göstərişlər verilib. Blokada şəraitində yaşadıqları üçün yardımlardan istədiyi effekti ala bilməyən Serj Sarkisyan Ermənistan ilə Türkiyənin münasibətini düzəltmək istəyirdi. Lakin bizə qardaş ölkə olan Türkiyə sərhədlərin açılması yönümündə danışıqlara getmədiyindən Ermənistanı ümüdsüzlüyə uğatdı. Türkiyənin Dağlıq Qarabağın işğaldan azad olmasını şərt kimi irəli sürməsi rəsmi Yerevanı çıxılmaz vəziyyətə saldı. Rusiyanın və diasporun yardımlarının azalması böhranın şiddətini daha da artırıb. Ermənistana ən son zərbə isə yenə də iqtisadiyyatdan gəldi. Dünya Bankı tərəfindən edilən şərhdə Ermənistanda kasıbçılığın yüksək həddə çatdığı vurğulanıb. İş yerlərinin bağlanması nəticəsində işsiz qalan ermənilər bu səbəbdən xarici dövlətlərə axın etməyə başlayıblar. Onu da qeyd edək ki, xaricdən istədkiləri işi tapa bilməyən və ya deportasiya edilən erməni mühacirlərin geri dönməsi nəticəsində işsizlərin sayı rekord həddə çatıb. Hətta müharibə zonasında baş verən hadisələr də Ermənistanın müdafiə sahəsində də böhran ilə üzləşdiyini bir daha nümayiş etdirir. Bildiyimiz kimi, ermənilər tərəfdən qaçan əsgərlərin sayı heç də az deyil. Ermənilərin fərariliyinə səbəb isə ya orduda olmayan nizam-intizam, ya da aclığa dözməmələri olub. Əsgərlərin ərzaqlarının çatışmaması səbəbindən tez-tez narazılıqlar, qarşıdurmalar yaşanır. Təbii ki, nizam-intizam olmayan bir şəraitdə özbaşınalıq hallarının yaşanması da mümkün olan məsələlər sırasındadır.

Digər xəbərlər