PDF Oxu

Araşdırma

  • 9

Norveçdə Azərbaycanın təbliğ olunması ilə bağlı tədbirlər və elmi layihələr həyata keçirilir

Norveçdə Azərbaycanın təbliğ olunması ilə bağlı tədbirlər və elmi layihələr həyata keçirilir
Norveçin paytaxtı Oslo şəhərində keçirilən ATƏT Parlament Assambleyasının 19-cu sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri, Milli Məclisin sədr müavini Bahar Muradova, millət vəkilləri Fəttah Heydərov, Rəbiyyət Aslanova, Azay Quliyev, Fazil Mustafa, Eldar İbrahimov Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) idarə heyəti ilə də görüşüblər. Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə təşkilatın sədri Ramil Əliyev Azərbaycan icmasının Norveç cəmiyyətindəki mövqeyi və rolundan, eyni zamanda, NAYO təşkilatının iki ölkə arasındakı dostluq və əməkdaşlığın daha da möhkəmlənməsi istiqamətində gördüyü işlər haqqında məlumat verib. O bildirib ki, Norveçdə Azərbaycan tarixinin, mədəniyyətinin, ölkəmizin bölgədəki siyasət və iqtisadi inkişafında getdikcə artan rolunun tanıdılması, təbliğ olunması ilə bağlı mühüm tədbirlər və elmi layihəlir həyata keçirilir. Ramil Əliyev Norveçdə fəaliyyət göstərən gənclər təşkilatıının üzvləri ilə Azərbaycanın millət vəkillərinin görüşünün çox sevindiri və xoş təəssürat yaratdığını da bildirib:"Bu dövlətimizin bizlərə göstərdiyi diqqətdir və belə görüşlər bizi Norveçdə gələcəkdə Azərbaycanla bağlı daha genişmiqyaslı layihələr həyata keçirmək üçün istiqamətləndirir və həvəsləndirir".
Görüşdə Azərbaycan dövlətinin gənclərə daima diqqət və qayğı göstərməsindən danışan Milli Məclisin sədr müavini Bahar Muradova və digər millət vəkilləri NAYO kimi fəal təşkilatların Avropada Azərbaycanla bağlı informasiya boşluqlarının doldurulmasındakı müsbət rolundan söz açıblar. Həmçinin, nümayəndə heyəti xaricdə yaşayan hər bir azərbaycanlıya, eləcə də, NAYO-nun üzvlərinə yaşadıqları ölkələrin ictimaiyyətinə inteqrasiya etmələrini və cəmiyyətlərdə müəyyən nüfuz, mövqe sahibi olmalarını tövsiyə ediblər.

Digər xəbərlər