PDF Oxu

Araşdırma

  • 14

Mətbuat Şurasının "qara siyahı"sında olan 26 KİV-in adı təmizə çıxdı

Mətbuat Şurasının "qara siyahı"sında olan 26 KİV-in adı təmizə çıxdı
Mətbuat Şurasının "qara siyahı"sında yer alan 26 kütləvi informasiya vasitəsinin adı oradan çıxarılıb. Bu barədə qərar Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclasında verilib. MŞ-dan Milli.Az xəbər portalına daxil olan məlumata görə, Azərbaycan milli mətbuatın 135 illik yubileyi ilə əlaqədar MŞ-nın "qara siyahı"sında yer alan kütləvi informasiya vasitələrinin bir qrupunun oradan çıxarılması məsələsi ətrafında müzakirələr aparılıb. Bildirilib ki, adları "qara siyahı"ya salınan nəşrlərin oradan çıxarılması ilə bağlı prosedurlar "Reket nəşr"lərin müəyyənləşdirilməsinə dair Təlimat"da əksini tapıb. Lakin bu proses bağışlanma əhəmiyyəti daşıdığından və yubileylə bağlı həyata keçirildiyindən istisna hal kimi yeni şərt və prinsiplərin müəyyənləşdirilməsinə ehtiyac yaranıb. Mətbuat Şurasının tərkibində fəaliyyət göstərən "apellyasiya qrupu" ötən müddət ərzində bununla bağlı məsələləri də araşdırıb. Gündəlikdə duran növbəti məsələ Ali Media Mükafatı ilə bağlı olub. Müzakirələrdən sonra mükafatın əsasnaməsi təsdiqlənib. Qərara alınıb ki, mükafat bir, iki və üç dərəcədə olmaqla ümumilikdə 9 nəfərə verilsin. Bu zaman həmin şəxslərin Azərbaycan mətbuatının inkişafındakı xidmətləri əsas götürülsün. Mükafatın hər il milli mətbuat günü ərəfəsində təqdim olunması da qərara alınıb.

Digər xəbərlər