PDF Oxu

Araşdırma

  • 11

"Azərbaycanla ticarət mübadiləsini 500 mln. dollardan 10 mlrd-a çatdırmaq niyyətindəyik"

"Azərbaycanla ticarət mübadiləsini 500 mln. dollardan 10 mlrd-a çatdırmaq niyyətindəyik"
"İki ölkə arasında ticarət mübadiləsini 500 mln. dollardan 10 mlrd-a çatdırmaq niyyətindəyik". SİA-nın xəbərinə görə bu barədə jurnalistlərə açıqlamasında İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Seyid Şəmsəddin Hüseyni bildirib. Onun sözlərinə görə, hazırda İran və Azərbaycan arasında münasibətlər istər iqtisadi, istərsə də investisiya qoyuluşu sahəsində yüksək səviyyədədir: "Bizim Azərbaycanla mədəniyyət, din və dil baxımından tarixi əlaqələrimiz hər sahədə, o cümlədən iqtisadi sahədə münasibətlərin genişlənməsinə geniş imkanlar yaradır. Hesab edirəm ki, iki ölkənin prezidentlərinin səyləri nəticəsində əlaqələrimiz inkişaf edir"-deyə bildirib. O qeyd edib ki, İran və Azərbaycan arasında ölkə rəhbərliyi, eləcə də siyasi cəhətdən əlaqələr çox yaxşıdır və iki ölkənin yüksək rütbəli şəxslərinin qarşılıqlı səfərləri göstərir ki, siyasi cəhətdən münasibətlər yüksək olduğu kimi, iqtisadi cəhətdən də əlaqələr həmin səviyyədə gözlənildiyindən də artıq olmalıdır: "Düşünürəm ki, gələcəkdə iki ölkə arasında iqtisadi sahədə 10 mlrd. dollar həcmində ticarət mübadiləsini qarşımıza məqsəd qoysaq, bunun bütün sahələrdə əməkdaşlığa köməyi olacaq". "Fəlakət zamanı Azərbaycanda kənd təssərüfatı mallarında azalma qeydə alınıb. Azərbaycan höküməti bu azalmanı aradan qaldırmaq üçün İrana müraciət edib mi?" sualının cavabında İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri: "Biz qardaş ölkəyə bütün işlərində yardımçı olmağa hazırıq",- deyə bildirib.

Digər xəbərlər