PDF Oxu

Araşdırma

  • 8

Ziyafət Əsgərov: "Azərbaycanda son 6 ildə yaşıllaşdırma 6 faiz artıb"

Ziyafət Əsgərov: "Azərbaycanda son 6 ildə yaşıllaşdırma 6 faiz artıb"
Dünən Azərbaycanda İnsan Hüquqları Günü və "Ekologiya ili" münasibətilə "İnsan hüquqları və ətraf mühit: iqlim dəyişmələrinin hüquqi və etik aspektləri" mövzusunda Bakıda keçirilmiş Ombudsmanların VIII Bakı Beynəlxalq konfransının iştirakçıları Milli Məclisdə olublar. SİA-nın verdiyi xəbərə görə, onlar Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovla görüşüblər. Görüş zamnı çıxış edən Z.Əsgərov qonaqlara parlamentin fəaliyyəti, insan hüquqlarının müdafiəsi, ətraf mühitin mühafizəsi ilə bağlı qəbul olunan qanunlar barədə ətraflı məlumat verib. Bildirilib ki, Milli Məclis ətraf mühitin mühafizəsi ilə bağlı 10-dan çox qanun qəbul edib, bir neçə beynəlxalq konvensiyanı təsdiq edib. 2010-cu il Azərbaycanda "Ekologiya ili"nin elan edildiyini dilə gətirən vitse-spiker söləyib ki, nəzərdə tutulan tədbirlər planı çərçivəsində xeyli işlər görülüb. Onun sözlərinə görə, BMT-nin qəbul etdiyi müvafiq sənəddə qeyd edilib ki, Azərbaycanda son 6 ildə ekoloji problemlərin həlli istiqamətində mühüm işlər görülüb, yaşıllaşdırma 6 faiz artıb. "Lakin ətraf mühitin mühafizəsi, təbii fəlakətlərin vurduğu ziyanın aradan qaldırılması ilə bağlı bütün dövlətlərin birgə fəaliyyət göstərməsi lazımdır. Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərində meşələr yandırılır, təbiətə ciddi ziyan vurulur, ermənilər tərəfindən Araz çayı çirkləndirilir. İşğal altında olan Zəngilan rayonu ərazisindəki Bəsitçay qoruğundakı təbii çinar meşəsi ermənilər tərəfindən məhv edilib. Bu isə təkcə təbiətə deyil, bütövlükdə insanlığa zərbədir və insan hüquqlarının kobud şəkildə pozulmasıdır".

Digər xəbərlər