PDF Oxu

Araşdırma

  • 13

ABŞ-ın müdafiə naziri Azərbaycana gəlir

ABŞ-ın müdafiə naziri Azərbaycana gəlir
Səfər Asiya turnesi çərçivəsində baş tutacaq. ABŞ-ın müdafiə naziri Robert Qeyts Azərbaycana səfər edəcək. APA-nın "The Washington Post" qəzetinə istinadən verdiyi məlumata görə, səfər Asiya turnesi çərçivəsində baş tutacaq. Bakıya Sinqapurdan gələcək Pentaqon rəhbəri Azərbaycan rəsmiləri ilə ABŞ yüklərinin Əfqanıstana ötürülməsi, hərbi təchizat marşrutlarının möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək. Qəzet Pentaqona istinadən məlumat verib ki, R.Qeyts müzakirələr aparmaq üçün Londona, oradan isə NATO müdafiə nazirlərinin toplantısında iştirak etmək üçün Brüsselə də gedəcək.

Digər xəbərlər