PDF Oxu

Araşdırma

  • 10

"Rusiya "Dağlıq Qarabağ" adında hər hansı dövlət vahidini tanımır və tanımağa hazırlaşmır"

"Rusiya "Dağlıq Qarabağ" adında hər hansı dövlət vahidini tanımır və tanımağa hazırlaşmır"
Sergey Mironov bu sözləri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşündə deyib. "Rusiya "Dağlıq Qarabağ" adında hər hansı dövlət vahidini tanımır, bundan sonra da tanımağa hazırlaşmır. Rusiyalı parlamentarların ora getməsi isə özfəaliyyət və heç kimə lazım olmayan addımdır".
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşündə Rusiya Federasiya Şurasının sədri Sergey Mironov deyib. O. Əsədovun başçılığı ilə Rusiyada səfərdə olan Azərbaycan nümayəndə heyətini qəbul edən S. Mironov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, parlament nümayəndələrinin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin, parlamentlərarası əlaqələrin inkişafının vacibliyini vurğulayıb. Onun fikrincə, daimi dialoq və ölkə rəhbərlərinin, parlament nümayəndələrinin müntəzəm səfərləri dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verir. Federasiya Şurasının rəhbəri azərbaycanlı müharibə veteranlarının və prezident İlham Əliyevin qələbənin 65 illiyinə həsr olunmuş tədbirlərdə iştirakını xatırladaraq bildirib ki, bu, iki xalq arasında münasibətlərin dərin tarixi köklərindən xəbər verir. S. Mironov Azərbaycana noyabrın 7-də keçiriləcək parlament seçkilərinin təşkilində uğurlar arzulayıb.

Digər xəbərlər